525.Az

Kiyevdə prezident və müxalifət liderlərinin iştirakı ilə dəyirmi masa keçirilir


 

Kiyevdə prezident və müxalifət liderlərinin iştirakı ilə dəyirmi masa keçirilir<b style="color:red"></b>

Ukrayna paytaxtında prezident, baş nazir, hökumət üzvləri, müxalifət liderləri və keçmiş prezidentlərin iştirakı ilə dəyirmi masa toplantısı başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, eks-prezident Leonid Kravçukun təşəbbüsü ilə təşkil olunan dəyirmi masada prezident Viktor Yanukoviç, baş nazir Nikolay Azarov, nazirlər, müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok, sabiq prezidentlər Leonid Kravçuk və Leonid Kuçma, eləcə də ictimai və dini xadimlər iştirak edir.  
 
Müxalifət liderləri Müstəqillik Meydanındakı insanların razılığı ilə toplantıya qatıldıqlarını və öz tələblərini V. Yanukoviçə çatdıracaqlarını bildiriblər.

 





13.12.2013    çap et  çap et