525.Az

Kitabı bazara döndərmək olmaz


 

Kitabı bazara döndərmək olmaz<b style="color:red"></b>

Müstəqillik illərində sovet ideologiyasına məxsus stereotiplərdən, ülgü ölçülərdən, dar çərçivələrdən xilas olan Azərbaycan ədəbiyyatı yeni nəfəslə müstəqil inkişaf mərhələsinə qədəm qoyub. Bədii sözün azad tribunasına çevrilən ədəbiyyatımızın qarşısında, sözün əsl mənasında,  böyük yaradıcılıq imkanları açılıb. Ölkəda senzuranın ləğv olunması ilə əlaqədar bu imkanlar daha da genişlənib. Bu səbəbdən müasir ədəbi prosesdə böyük canlanma, yaradıcılıq fəallığı, bədii əsər bolluğu müşahidə olunur. Şübhəsiz, belə bir şəraitdə çap olunmağa tələbat ehtiyac da çoxalıb. Bu zəruri ehtiyacla əlaqədar respublikada nəşriyyat poliqrafiya sahəsinin sürətli inkişafı üçün real zəmin yaranıb. 

Tədbirəlayiq haldır ki, ölkənin mövcud dövlət nəşriyyatları ilə yanaşı, paytaxt iri şəhərlərdə, eləcə əyalətlərdə fəaliyyətə başlayan yeni özəl nəşriyyat çap müəssisələri tərəfindən son vaxtlar bədii kitab nəşri istiqamətində ciddi uğurlara imza atılıb. Ümumən ədəbiyyatımızın inkişafı naminə atılan bu addımlar mühüm ictimai-siyasi əhəmiyyət kəsb edib. Bir çox uğurlu kitab nəşrləri, həqiqətən, oxucular tərəfindən böyük maraq rəğbət hissi ilə qarşılanıb. Lakin sözügedən nəşriyyat çap müəssisələrində ədəbi normalara cavab verməyən, aşağı səviyyəli, sönük əsərlərin yer aldığı kitabların nəşr edilməsi isə ciddi narahatlıq təəssüf hissi doğurur. 

Təəccüblüsü budur ki, həmin kitabların böyük bir qismi kifayət qədər nüfuzlu nəşriyyatlar tərəfindən çap olunur. Acınacaqlı haldır ki, belə kitabların sayı gündən-günə artır, kütləvi xarakter alır. Özlərini yazar adlandıran müəyyən  şəxslər heç nədən çəkinmədən nəşriyyatlara üz tutur asanlıqla istəklərini gerçəkləşdirməyə nail ola bilirlər. Naşirlər öz növbələrində onları həvəslə çap edirlər. Bir cəhət maraqlıdır ki, sözügedən qələm sahibləri bir kitabla kifayətlənmir, onun sayını artırmağa cəhd edirlər. Belələrini kitabın sanbalı, dəyəri deyil, yalnız miqdarı, cildlərinin qalınlığı düşündürür. Əksər halda nəfis, gözəl tərtibatla işıq üzü görən bu cür bahalı kitabların içərisindən nəsə tapıb oxumaq isə müşkülə çevrilir...

Bu zaman maliyyə imkanlarını bəhanə gətirərək özlərini sığorta etməyə çalışan nəşriyyatlar əslində zəif əsərlərin çap olunmasına, bir növ, haqq qazandırmış olurlar. Müəssisənin fəaliyyəti üçün maliyyə vəsaitinin vacibliyi başadüşüləndir. Lakin oxucularının zövqünün, ovqatının korlanması, həqiqi söz-sənət sahiblərinin, ən azından, heysiyyatına toxunulması hesabına maliyyə imkanları əldə etməyə heç kimə ixtiyar verilmir.

Əlbəttə, kitab çap etdirmək hər bir yazarın təbii istəyidir. Biz bu istəyə qarşı çıxmaq niyyətində deyilik bu mənada hər kəsin fikrinə,məqsədinə hörmətlə yanaşırıq. Ancaq ucuz şöhrət üçün zəif əsərlərini oxuculara sırımaq istəyənlər birdəfəlik başa düşməlidirlər ki, bədii dəyəri aşağı olan kitablar öz müəlliflərinə , onları çap edən nəşriyyatlara da  başucalığı gətirmir. Qeyd etmək lazımdır ki, hər bir dövrdə zəif yazarlara da rast gəlinir, zəif əsərlər qələmə alınır. Əslində, bu cür "əsərlərin" müəllifləri müəyyən ədəbi mühitin formalaşmasında istər-istəməz iştirak edirlər. Lakin çox keçmədən, ədəbi ictimaiyyət tərəfindən qəbul edilmədikləri üçün belələri yaradıcılıqla vidalaşmalı olurlar.

Ötən yüzilliyin 30-cu illərində qüdrətli söz ustası Mikayıl Müşfiq məhz belə "qələm sahiblərini" nəzərdə tutaraq yazırdı:

Şairə ilhamdan maya gərəkdir,
Anasız uşağa dayə gərəkdir.
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə haya gərəkdir.

Gəlin, etiraf edək ki, Mikayıl Müşfiqin dövründə heç kim cəsarət edib yazdığı zəif əsərlərdən ibarət kitab çap etdirmək fikrinə düşməyib. Çünki həm ədəbi tənqid, həm ustad sənətkarlar, həm fəal oxucular tərəfindən buna qətiyyən imkan verilməyib, dərhal qarşısı alınıb. Bizim zəmanəmizdə isə yazdıqları yalnız özlərinə xoş gələn "yazarlara"kitab çap etdirmək üçün daim yaşıl işıq yandırılır. Bu azmış kimi, üstəlik onların kitablarının təqdimat mərasimləri təşkil olunur , barələrində xoş sözlər söylənilir, tərif dolu yazılar dərc olunur. Yeri gəlmişkən qeyd etmək vacibdir ki, bədii yaradıcılıqda ədəbi oğurluq, plagiatlıq faktları da baş alıb gedir. Ancaq bununla əlaqədar kiməsə gözün üstə qaşın var, deyən tapılmır. Zənnimizcə, ədəbiyyatımızın belə xoşagəlməz hallarla üzləşməsinin başlıca səbəbini senzura ləğv edildikdən sonra bədii yaradıcılıq sahəsinə, kitab nəşrinə lazımi təsir mexanizminin olmamasında, tənqidi fikrin çağdaş ədəbi proseslə ayaqlaşa bilməməsində, kəskin mövqe sərgiləməməsində axtarmaq lazımdır. Açığını deyək ki, bu gün ədəbi tənqidimizdə ötən əsrin çox da uzaq olmayan 70-80- illərində rast gəlinən qətiyyət, cəsarət çatışmır. Odur ki, çağdaş ədəbiyyatımız üçün öz sözünü deməyi, cəmiyyətdə fikir yaratmağı bacaran səriştəli, peşəkar tənqidçilərə böyük ehtiyac var.

Eyni zamanda bədii əsərlərin dərc olunmasına, xüsusilə kitab nəşrinə nəzarət tələbkarlığın artırılması da diqqət mərkəzində saxlanılmalıdır. Nəşriyyatlarda, Azərbaycan Yazıçılar Birliyinin nəzdində elə bir qurum fəaliyyət göstərməlidir ki, bu sahədə müəyyən qayda yarada bilsin. Bu məqsədlə MDB respublikalarının, qardaş Türkiyənin eləcə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq faydalı olar.

Yəhya Paşazadə

 





13.12.2013    çap et  çap et