525.Az

Ulu Öndər- şeir


 

Ulu Öndər- <b style="color:red">şeir</b>

Oqtay RZA

Əməkdar müəllim

Vətəndə
bütövlük görmək istədin,

"Xalqıma əbədi bağlıyam" dedin.

"Dünyaya tanıdaq Azərbaycanı!"

Ülvi arzulardan biri bu idi.

 

Sözün, bəyanatın dolaşdı Ərzi,

Özünlə gəzdirib xəritəmizi -

Ali kürsülərdən sülhə səslədin

Narahat yaşayan beş qitəmizi.

 

Məşhur Amerika Konqresində

Cənablar etiraz duydu səsində:

- Susmasın ədalət, susmasın vicdan,

Qonşu pay istəyir torpağımızdan!

İqlimdən-iqlimə uzanan yollar,

Çoxsaylı - hamar, asan yollar.

Səni Hindistana, Çinə apardı,

Bakıya gətirib, yenə apardı.

 

Olubsan qonağı neçə dost elin,

Nitqini dinləyib İstanbul, Berlin.

Nitqini Buxarest, Roma dinləyib,

Nigaran planet, səma dinləyib.

 

Ayrılıq hökmünü verəndə rüzgar -

Həzin xəbərlərlə əsib küləklər...

İndi həmişəlik cüt ünvanın var:

Biri Xiyabandır, biri ürəklər!

 





14.12.2013    çap et  çap et