525.Az

TAP kəmərinin tikintisi 95 faiz yekunlaşıb


 

TAP kəmərinin tikintisi 95 faiz yekunlaşıb<b style="color:red"></b>

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 95,1%-i yekunlaşıb.

TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, bu, martın sonunda qeydə alınan göstəricidir.

“Təbii qazın daşınmasına başlamaq üçün işlər cədvəlimizə uyğun davam edir”, - məlumatda qeyd edilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

 





14.05.2020    çap et  çap et