525.Az

DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanıldılar - Rəsmi


 

DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanıldılar - <b style="color:red">Rəsmi </b>

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

APA-nın məlumatına görə, bu barədə DTX və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

Məlumata görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

 





14.05.2020    çap et  çap et