525.Az

Dünyanın ən uzun limuzininin əvvəlki görkəmi bərpa olunacaq


 

Dünyanın ən uzun limuzininin əvvəlki görkəmi bərpa olunacaq<b style="color:red"></b>

Dünyanın ən iri avtomobili hesab edilən məşhur "American Dream" limuzini amerikalı Mayk Menninq tərəfindən bərpa ediləcək. Avtomobilin ilkin görkəminə qaytarılması prosesi artıq başlanıb.

AZƏRTAC "Motor.ru" saytına istinadla bildirir ki, "American Dream" ötən əsrin 90-cı illərində kastomayzer Cey Orberq tərəfindən inşa edilib. Orberq dünyada ən iri avtomobili yaratmaq üçün 1976-cı ildə buraxılmış iki "Cadillac Eldorado" limuzinini birləşdirib, ona 26 təkər quraşdırıb, bir neçə motorla təchiz edib. Nəticədə 30,5 mertlik avtomobil alınıb, onun bortunda cakuzi, helikopter meydanı və hovuz yerləşdirilib.

"American Dream" son illərdə "Autoseum" muzeyinin anbarında saxlanılıb. Limuzin Menninqin əlinə düşənə qədər acınacaqlı vəziyyətdə olub: onun gövdəsi çox yerdə pas atıb, ön bamperi, faralarından biri, bir neçə təkəri olmayıb. Menninqin sözlərinə görə, limuzinin bərpası bir il çəkə bilər və ən tezi gələn ilin baharında hazır olacaq.

 





14.05.2020    çap et  çap et