525.Az

Kökə bağlı insan


 

Kökə bağlı insan <b style="color:red"></b>

 

İlk tanışlığımızElm həyatjurnalının redaksiyasında olub. Redaksiyaya üçün getmişdim. Jurnalın o zamankı baş redaktoru mənə dedi ki, hələlik bizdə boş yer yoxdur, amma səni bir əməkdaşımızla tanış edərəm, onunla birlikdə jurnal üçün materiallar hazırlayarsınız, jurnalda çap olunar, yer boşalanda isə səni işə götürərəm...

 

Mehparə ilə o vaxtdan (1980) başlayan tanışlığımız çox tez bir zamanda dostluğa çevrildi. Onun köməkliyi ilə (çünki o, akademiyanın institutlarını yaxşı tanıyırdı) hazırladığımız yazılar jurnalda çap olunduqdan sonra, mən jurnala, onun əməkdaşlarına isinişməyə başladım. Mehparə mənim yerimə (indiki Əlyazmalar İnstitutunun Şəxsi arxivlər şöbəsinə) tez-tez baş çəkdiyinə görə, şöbənin işçiləri zarafatlabu qız əvvəl-axır səni buradan aparacaqdeyirdilər. 1983- ildə mən jurnala işə qəbul olundum bir yerdə çalışmağa başladıq.

 

Əslində, onun insanlarla tez dil tapıb doğmalaşmağının sirli bir səbəbi yoxdur. Onu yaxından tanıyanların hamısı yaxşı bilir ki, bu zərif vücudun köksündə çox möhkəm, əyilməz, dəyişilməz hər kəsə etdiyi xeyirxahlığından böyük zövq alan fədakar öz doğmalarının, yaxınlarının xoşbəxtliyini özününkü sayan, həmişə nikbin görünən kişi qeyrətli bir xanım ürəyi döyünür.

 

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini 1976- ildə bitirən Mehparə 1977-ci ildənElm həyatda işə başlayıb redaksiyada da həmişə ən çətin mövzuları seçib. Elmlər Akademiyasının Elmi-tədqiqat institutlarındakı yeniliklər, əldə edilən uğurlu nəticələr barədə hamıdan tez xəbər tutan da o olardı. İnstitut direktorları başqa müəlliflərlə məqalə çapa gedənə qədər əlaqə saxlayaraq, dəqiqləşdirmələr aparmaqdan heç vaxt yorulmayıb. M.Axundovanın təkcə imzası deyil, özünəməxsus cingiltili səsi Elm həyatla əməkdaşlıq etmiş elm adamlarına yaxşı tanışdır. O, telefonla danışdığı insanlarla elə səmimi münasibət yaradırdı ki, bu da sonda jurnalın növbəti nömrəsi üçün maraqlı bir yazının ortaya çıxması ilə nəticələnirdi.

 

1961-ci ildən nəşrə başlayan 2013- ilin sentyabr ayınadək 52 illik tarixi bir yol keçmişElm həyatjurnalının səhifələrində çap olunmuş yüzlərlə bir-birindən maraqlı yazıların sonuna imza atmış M.Axundova, həm İctimai Radionun efirindən səsləndirilən elmi ictimaiyyət tərəfindən maraqla izlənilənElm korifeylərirubrikasındaElm yenilikləri”, “Nobel mükafatı laureatlarıDünyanın ən böyük kəşflərisilsiləsindən 100-ə yaxın verilişin mətninin müəllifidir. Həmin verilişlərdə dünya alimləri sırasında xüsusi yeri olan Azərbaycan alimləri haqqında böyük məhəbbətlə söhbət açan Mehparə Axundova həmin korifey şəxsiyyətlərin elm aləmindəki  uğurları ilə bərabər,  onların həyatlarının indi xatirəyə dönmüş məqamlarının canlı şahidlərindən aldığı müsahibələrlə dinləyiciləri bəzən uzaq keçmişəsəyahətə apararaq, yaddaşları zənginləşdirməyə çalışmışdır. Amma çox təəssüf ki, Mehparə bir-birindən maraqlı olan bu yazılarını indiyədək bir yerə toplayıb kitab halında çap etdirməyib. Halbuki bir neçə kitablıq bu materilların toplu şəklində nəşr edilməsi çox vacibdir.

 

Zəhmətkeşliyi xeyirxahlığı ilə onu tanıyanlar arasında daim hörmət qazanan Mehparə vaxtilə Şuşada sayılıb-seçilən maarifçi-pedaqoq kimi tanınmış Mirzə Xosrov Axundovun ailəsində dünyaya göz açıb. 1906- ildən pedaqoji fəaliyyətə başlayan Mirzə Xosrov Axundov (1889-1960) Şuşada yeni tipli məktəblərin təşkili, əhali arasında maarifçiliyin təbliği Azərbaycanda qızların təhsilə cəlb olunması işində fəallıq göstərib. 1920-1930-cu illərdə savadsızlığın ləğvində fəal iştirak edib, savad təlimi sahəsindəki 50 illik təcrübəsiniPedaqoji mülahizə təcrübələrimadlı əlyazmasında ümumiləşdirib. “Məclisi fəramüşanın üzvü olmuş M.XosrovŞaiqtəxəllüsü ilə şeirlər, Azərbaycan yazıçı şairləri haqqında xatirələr yazmışdır.

 

Deyilənə görə, o, dərs dediyi şagirdlərinə öz doğma övladları qədər qayğı göstərər, kasıb ailələrin uşaqlarının çatışmayan dərs ləvazimatlarını özü alarmış. Şagirdlərinin xəttinə o qədər tələbkarlıqla yanaşarmış ki, sinifdə olan bütün şagirdlərin xətti bir-birinə oxşayarmış. Hətta bəzən şübhələnərmişlər ki, bəlkə bu yazıların hamısını bir nəfərelə müəllimin özü yazır.

 

Mehparənin xarakterində cəmləşən yüksək insani keyfiyyətlərin formalaşmasında atası ilə bərabər, qonaqpərvər mehriban anası Hürü xanımın da böyük rolu olub. Mehparə üçün həyatda qiymətli nemətlərdən ən birincisi Qarabağın gözu sayılan doğma Şuşa, sonra isə ailəsi, əzizləri, dostları bir öz övladı kimi sevib bağlandığıElm həyatjurnalı olub. Jurnalda çalışdığı illərdən yaddaqalan təltifləri isəQızıl qələmmükafatı (2001), Azərbaycan Jurnalistlər Birliyinin Diplomu (2001, 2011) bir jurnalın 50 illik yubileyi münasibətilə AMEA-nın təqdim etdiyi Fəxri Fərman (2011) olub.

 

Mehparə Axundova indi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər proqnozlaşdırma şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. Yeri gəlmişkən, bizi – “Elm həyatjurnalının sabiq əməkdaşlarını işlə təmin etdiyinə normal şəraiti yaratdığına görə, Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyliyə hər birimizin adından təşəkkür etməyi özümə borc bilirəm (M.P.).

 

Öz peşəsinə, əqidəsinə sadiq qalan əzizimiz Mehparəni doğum günü münasibətilə təbrik edirəm ömrünün 60-dan sonrakı illərinin daha mənalı keçməsini arzulayıram. Qoy səbirsizliklə gözlədiyi övlad toyu onun ailəsinə xoşbəxtlik gətirsin uşaqlıqda qarış-qarış gəzdiyi doğma Şuşanı öz doğmaları ilə birlikdə gəzib dolaşsın! Şuşalı günlərinin xatirələrini  Şuşada yad etsinlər!  

 

Maral POLADOVA

 

 





16.12.2013    çap et  çap et