525.Az

Düşmənlər içində dost gəzmək dərdi... (davamı)


 

Düşmənlər içində dost gəzmək dərdi... <b style="color:red">(davamı)</b>

Altı aydan bir hər seminar iştirakçısının əsərləri müzakirə olunurdu. Sıradakı həftə mənim növbəm çatacaqdı. Əsərləri müzakirə olunan şairi mütləq mənsub olduğu ədəbiyyatdan kimsə təqdim etməli idi. Mejirov özü o zaman SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə məsləhətçi olan Çingiz Hüseynovla danışmışdı. Çingiz müəllim məmuniyyətlə gələcəyini söyləmişdi (Yeri gəlmişkən, deyim ki, Çingiz müəllim bir yazıçı, şəxsiyyət  dost kimi  sevdiyim, təqdir etdiyim dəstəyini gördüyüm əvəzolunmaz, sabitqədəm aydınımızdır. 1974- ildəDrujba narodovjurnalınınYeni adrubrikasında yayınlanacaq şeirlərimə təqdimat məqaləsini hörmətli Çingiz müəllim yazmışdı). Sözüm onda deyil, mənim seminar müzakirəmə 2-3 gün qalmış Çingiz müəllimi Yazıçılar İttifaqından harayasa ezamiyyətə göndərdilər beləcə mənim seminar müzakirəmin keçirilməsi sual altında qaldı. Bu zaman ağlıma ilk gələn Vidadi olacaqdı. Fikrimi Mejirova bildirəcəkdim. V.Paşayev haqqında heç bir bilgisi olmayan Mejirovun çıxılmazlıq içində icazə verməkdən başqa əlacı qalmayacaqdı. ... beləcə Vidadi Paşayev seminarda Azərbaycan ədəbiyyatını məni təqdim edəcəkdi. Heyif, o zamanlar video imkanları yoxdu, ən azından stenoqrafist olsaydı... Vidadi Paşayevin o möhtəşəm çıxışı günümüzə dəyərli yadigar kimi qalardı. Açığı, ilk baxışda tərəddüd şübhəyə qapılan seminar üzvləri, kurs yoldaşlarım beş-altı cümləsindən sonra ona diqqət kəsiləcəkdilər. Sanki o da bunu hiss etdiyindən coşub daha da ilhamla Azərbaycan ədəbiyyatı tarixindən, onun keçid mərhələlərindən, dünya ədəbiyyatındakı yerindən, 60-cılar nəslindən, o nəsil şairlərinin eksperimentlərindən o nəslin nümayəndəsi kimi keçid edib məndən misallar gətirəcəkdi. elə rahat danışırdı ki, sanki dəvət olunmuş müsafir deyil, seminar rəhbəri idi. Beləcə ilk dəfə idi ki, bizim seminarlarımız bir həftə dərsinə sığmır, davamı növbəti həftəyə qalırdı. Gərək Mejirov, gərəksə tələbə yoldaşlarım Vidadiyə belə dəyərli təqdim üçün təşəkkür edirdilər...Vətəndə, öz içimizdə çoxumuzun ağzına çullu dovşan sığmır, di gəl ki, dünyaya çıxdıqda hər hansı görüş, ya toplantıda millətini təmsil edəcək tək adamın sən olduğunu bildikdə millətini adına layiq təmsil etməkdir qəhrəmanlıq. Bəlkə millətlər yarışında bir bu qədər geridə qalmışlığımızın bir səbəbi təmsilçi qıtlığından səviyyəsizliyindən qaynaqlanır. (Qalsın dünyanın başqa ölkələri, başqa dilləri, hətta qardaş Türkiyəyə elə ağzıgöyçəklər gəlir ki, eyni dil paylaşımında belə, şüar söyləməkdən uzağa getmir, özləri cəhənnəm, təmsil etdikləri məmləkəti, dili kültürü biabır edirlər. Bu azmış kimi, əllərində qatıldıqları tədbirdə hamıya verilən bir  iştirakçı kağızını (türklər buna plaket deyirlər) Azərbaycan mətbuatına birincilik diplomu kimi sırıyırlar!) Bir milləti başqa coğrafiyalarda, dil auralarında  necə təmsil etməkdir ziyalılığın ən başlıca şərti! Bax, Vidadi Paşayevdə bu qabiliyyət vardı. Bəlkə elə bu qabiliyyətinə görə onu məhv etdilər... Bunun bomboz adı qibtə, qısqanclıq çəkəməzlikdir.

...Mən bu barədə iki il əvvəl Moskva mətbuatında da yazmışdım. Bir dəfə gecənin onikisində Yuri Kuznetsovgilin evindən çıxıb tramvay dayanacağına gedərkən Yura da bizi uğurlayırdı. Elə Yuragilin binasının bloklarının birinin qarşısında Ali Ədəbiyyat Kurslarından tələbə yoldaşım olan Vadim Kovda ilə təsadüfən qarşı-qarşıya gəldik. Vadim bu təsadüfü görüşə çox sevindi məni ehmallıca kənara çəkib Yuranı işarət edib:  Mən onunla tanış olmaq istəyirəm, amma heç cür alınmır, bəlkə üz vurasan qalxaq mənim mənzilimə söhbətimizə bizdə davam edək, – dedi. Yura əvvəlcə getmək isəmədi, sonra mənim təkidimi görüb razılaşdı. biz Vadimgilə qalxdıq. Vadim süfrəyə yeməklərlə bərabər şəkərdən çəkilmiş araq qoyacaqdı. Onsuz da mən elə içən deyildim (həm Yuragildə içki süfrəsindən qalxmışdıq!) amma ilk bakalı dodağımı yaxınlaşdırdığımda şəkər arağının zəhrimar olduğunu anladım. Mən kənarda qalmışdım. Vidadi bir-birinə zidd görüşlü bu rus yəhudi ilətürkün şərəfinin ayaqlar altına atılmaması üçüniçə-içə səhəri dirigözlü açacaqdı. Sonralar dəfələrlə istər Yura, istərsə Vadim Vidadini aşkar bir sevgi heyrətlə xatırlayacaq biz belə həryönüylə hazırlıqlı bir qafqazlıya ilk dəfə rast gəlmişdik, deyəcəklərdi.

...Burası var ki, keçmiş zaman da  bizdəki əks-sədasıyla bizimlədir, anımsanıldıqca dirilir. Könül dünyamızı necə yaradırıqsa, keçmişi düşüncə xəyallarımızla eləcə oyandırırıq! Keçmişin bizi quyu kimi özünə çəkməsinin bir səbəbi bəlkə elə keçmişin yenə bizimlə təkrara yaşamaq istəyidir,  bilmirəm.  Nədənsə Vidadini düşünərkən məni vaxt-bivaxt dənizə çata bilməyin  çayların taleyi düşündürür. Niyə bəzi çaylar bu arzusuna çatır, başqa birisi yox:

Dostlar yad oldular, qoy olsun, hələ

Xain çıxmamısan özünə özün.

Allah eləməmiş elə gün gələr

Düşmənlər içində dost gəzər gözün..

Bir şeirində haçansa yazdığı bu amansız fikirlər hardasa, ürəyədamma idi, gözü Moskvanın küçələrində  düşmənlərarasında dost gəzirdi. Çünki Bakıdakıdostlarıonu arxadan vurmuşdu...

AmmaMoskva göz yaşlarına inanmır!” “Gəzməyə qürbət ellər!“ Yenə olsa, ”ölməyə Vətən yaxşıdır!” Alla xanımdan olan biricik qızı Məryəmi-Maryaşkanı qürbət ellərdə qoyub, xəstə bədənini götürüb bir məzar yerini doldurmaq üçün vətənə qayıtmaq zorunda qalacaqdı Vidadi...

Fələk çarxı dəyərləri dəyərdən salmaqdaydı. Dünya deyilən fanidə  torpağın altından başqa qaçacağı bir yeri qalmamışdı, ona görə özünü idarə edə bilmir, hüzursuz-hüzursuz gəzib dolanır, bəlkə o yüksəliş günlərinin həsrətini çəkə-çəkə özündən çevrəsindəkilərdən qisasını belə alırdı.

Yavaş-yavaş ətrafında yalnız ölümü görməyə başlamışdı. Çəkdiyi siqaretin tüstüsündə, aldığı hər hənirin istisində,nəyə baxırdısa orda, hey o zəhər vardı: ÖLÜM!  Bu amansız can sıxıntısının başqa səbəbi ola bilərdi ki?! Bakıya gəldikdən sonra bəlkə Moskvadakı yaralarını sağaltmaq üçün ikinci dəfə evlənəcəkdi. onun hər əzabına dözəcək olan vəfalı cəfakeş həyat yoldaşı, gül parçası kimi iki qızı onu təzədən bu həyata bağlaya biləcəkdi. Bir kərə həyat deyilən amansızlıq içərisində  mədəd umulan  bütün iplərini qoparmışdı. Həyat, övlad, qadın eşqi, arzu ümid artıq xəstə vücudunu qandıracaq oyuncaqlardan başqa bir şey deyildi. hamısının arxasından fələyin amansız çarxı dönüb dolanırdı. Hərdən uğurlu günlərinin qanadlı anlarını xəyali olsa yaşamaq üçün indi ona əlçatmazlığın zirvəsi olanGəncliknəşriyyatının ətrafında da gəzib dolanmaq istəyi vardı bəlkə . İnsanlar yox, görəsən, o binanın daşı-divarı düşünürdü onun haqqında, nəsə düşünürdümü? Yuvasına dönməyə şansı olmayan qanadı qırılmış quş üçün yuva düşünə bilərdisə, indi onu keçi qiymətinə satanların məskəni eyni şeyidüşünürdü”! Ah, həyatın tərs şapalağı, ah, Yusif Sərrac taleyi! Özü özünün şahidi idi bir baxıma o qəfil, qəfil olduğu qədər  indi üstündən xətt çəkilmiş qeyri-adi yüksəlişin! O yüksəlişin ki, artıq onun özündən başqa kimsəyə gərəyi qalmamışdı, o yüksəlişinin tək şahidi idi, sanki ölsə, o acı xatirənin tək şahidi yox olacaqdı. Yaxşıda ki, belə olacaqdı. Geridönüşü olmayan, əbədiləşən çıxılmazlığın sonucudur bu! Qılınc ruhuyla xəstə vücudu arasında amansız bir mücadilə başlamışdı. Bunu nədən deyirəm: iki dəfəbir kinostudiyanın elmi-kütləvi sənədli filmlər birliyinin, bir Gənclikjurnalının baş redaktoru olarkən gündüz özüylə razılaşıb onu işə götürmüşdüm (Görünür onu yerə, amansız həyatın şərtlərinə çəkən xəstə bədəni idi işə götürülməyi ilə razılaşan!), gecə isə özüylə təkbətək qaldığında inadkar ruhu xəstə bədənin zəifliyinə üsyan etmiş  səhərisi  zəng edib işə gəlməyəcəyini kükrəmişdi. Mən onu yalnızca maaş alsın deyə işə götürürdüm, bilirdim ki, bu xəstə halıyla səhərdən axşama işdə qərar tuta, duruş gətirə bilməz, o isə havayı maaş almağı şəninə sığışdırmamışdı... Onu bu yönüylə hardasa rəhmətlik Sabir  ƏhmədovunYamacda nişanəpovestinin qəhrəmanı ilə müqayisə etmək olardı. Bu, Anadolu türkləri demişnerədən nerəyəgəlişin ölüm sancıları idi. Heç yerdə özünə yer tapa bilmirdi, bir tərəfdən astma xəstəliyi, o biri tərəfdən içki siqaret axırına çıxırdı. Bunların  hamısı gözə görünən bəhanələrdi, əslində isə o, bilərəkdən özü öz axırına çıxmaqdaydı.  Kimsə ilə ünsiyyətdə ola bilmirdi. Olanda da mütləq sonu qovğa ilə bitirdi. Sanki onun bu duruma düşməsində daşlı-divarlı, insanlı-heyvanlı varsa, günahkardı (Doğrusunu gəzsək, düşündüyü kimi vardı!) Bir zamanlar şöhrətinin zirvəsinə  ulaşdığı, barmaqla göstərildiyi şəhərdə, daş-divarın deyil, ikiayaqlı məxluqların üzüdönüklüyünə alışa bilmir bütün bunlara  canına qəsd etməklə üsyan edirdi, bu, şüurlu, məqsədyönlü bir üsyan idi!.. Son zamanlar evindən eşiyə çıxa bilmirdi. İndi söyləmək bəlkə doğru deyil, dəfələrlə bazarlıq edib yanına da getmişdim. Bir zamanlar xəstəlik dərəcəsində nərd oynamağı sevən adamın nəinki nərd oynamağa, heç danışmağa da hövsələsi qalmamışdı...

Ölüm xəbəri gözləniləndi... Hər şeydən imtinasının alması da bu olmalıydı: Ölüm!

İnsanlar dünyasını dəyişəndə ruhları yer üzünü tərk edib göyün yeddinci qatına yüksəlir, yalnız nakam nigaran ruhların yerdə qalıb qohum-qardaşların, dost tanışların həndəvərində gözə görünmədən yaşamaq imkanı var, deyirlər. Ömrü yarımçıq qırılanlar, arzuları başa varmayanlar, yer üzündə insani borclarını başa çatdıra bilməyənlərin ruhu bu dərdli-ahlı dünyanı tərk etmirVidadinin ruhu kimi. Hər kəsin ölümünə çəkilməyə cəsarəti çatmır. Əlini üzünə tutub dünyadan, yaşamaqdan bezəndə insanın pərdə arxasına  öz ölümünə çəkilməyi var. Bəlkə biz yaxamızı kənara çəkib onu dərdin-kədərin əlində tək qoyduğumuzdan günlərin birində hamımızdan xəbərsiz Vidadi Paşayev öz ölümünə çəkiləcəkdi. Pərdə arxasınaölümünə çəkilməyi ilə bizi yandırıb-yaxacaqdı...

Cənazəsi Bakının üçüncü mikrorayonundan Gəncəyə yol alırdı, mən gedə bilməməyimin üzüntüsüylə arxasınca göz yaşı tökürdüm, o isə heç zaman hüzur bulmayan çalxantılı ömrünün davamını bir məzar daşında yaşatmağa gedirdi...

Noyabr-Dekabr 2013.

Çanaqqala, Türkiyə

 





16.12.2013    çap et  çap et