525.Az

DSX rəisinin müavini məhkəmə qarşısına çıxarıldı


 

DSX rəisinin müavini məhkəmə qarşısına çıxarıldı<b style="color:red"></b>

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə tutulan digər vəzifəli şəxslər məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, hazırda Binəqədi rayon Məhkəməsində istintaq orqanının həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verdiyi təqdimata baxılır.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

 





15.05.2020    çap et  çap et