525.Az

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu qaydası açıqlandı


 

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu qaydası açıqlandı<b style="color:red"></b>

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu qaydası açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.06.2020-ci il tarixindən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir.

Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

 





18.05.2020    çap et  çap et