525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- Məbəd və ibadət


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- <b style="color:red">Məbəd və ibadət </b>

 

İdris ABBASOV

  

 

İlk xristianların ibadət ibadət məkanları yəhudilərinkindən fərqlənməmişdir. Lakin I əsrin sonuna doğru yəhudi-xristian çəkişməsinin güclənməsi nəticəsində xristianların özünəməxsus bir ibadət sistemi formalaşmışdır. Xristianların məbədi yunancaeqqlesiaadlandırılan kilsədir. Bu sözün iki mənası vardır. Bunlardan birincisi ibadətlərin edildiyi yer camaatdır. İkinci mənası isə daha çox xristian ənənəsinin bütününü ifadə edir. Belə vəziyyətdə kilsə xristianlıq bir-birinin yerinə işlədilən qavramlardır. İlk xristianlar ibadət yeri kimi sinaqoqlara gedirdilər. Təqribən 80-ci illərdən başlayaraq xristianlar özlərinə aid olan yerlərdə ibadət etməyə başladılar. İlk toplanma yerləri xüsusi evlər idi. Xüsusi arxitekturaya malik olan ilk kilsə Suriyada tapılmışdır (III əsrin ilk yarısı). Milan fərmanının (313- il) xristianlara verdiyi  ibadət imkanı xeyli sayda müstəqil kilsə binası inşa etməyə şərait yaratdı. Arxitektur ünsür kimi kilsə bütpərəst Roma bazilikasından (bazilika- antik dövrdə orta əsrlərdə: içərisi sütunlarla iki hissəyə bölünən böyük bina) ilhamlanaraq inşa edilmiş, Qərb kilsəsi uzun bazilika tipinə sadiq qalarkən Şərq kilsəsi mərkəzi plana önəm verərək qübbəli bazilika tipindən istifadə etmişdir. Kilsə daxilində ibadət edərkən üz tutulan məkanaapsisdeyilir girişin tam qarşısında olur. “Altaradlanan kilsənin ən müqəddəs qismi sayılan sunak buradadır. Altar bir anlamda Hz.İsanın qurban olmasının simvoludur. Stol şəklində olan altara yalnız səlahiyyətli din adamları yaxınlaşa bilər. Evharistiya sakramenti üstünə çarmıxa çəkilmiş İsa fiquru qoyulan altar üzərində icra edilir. Funksiya cəhətdən kilsənin ikinci önəmli qismi ibadət üçün gələnlərə ayrılmış olannavəbölümüdür. Navə üç hissəyə ayrılmışdır. Kilsələr altar navəyə hakim olacaq şəkildə inşa edilmişdir. Navənarteksdeyilən bir keçişlə giriş qisminə bağlanır.

 

Qərb dillərindəliturgy (liturgie)” deyilən ibadət yunancaümumiyə aid fəaliyyətanlamına gələnleitourgiadan törədilmişdir. Bu söz xristianlıqda toplu halında icra edilən ibadətləri ayinləri ifadə etmək üçün işlədilir. Bu gün Şərq, Roma Katolik, Lüteran, Anqlikan, Reform Puritan liturgiyası olmaqla altı növ ibadət mövcuddur. İbadət zamanı işlədilən dildən tutmuş geyimə qədər onlar arasında br sıra fərqlər vardır. Xristianlıqda sakramentlərlə yanaşı günlük, həftəlik illik olmaqla dörd növ ibadət vardır. Latıncadaand, bağanlamındasacramentumdan gələn sakramentdini ayindeməkdir. II Vatikan MəclisininMüqəddəs İbadətlər Qanununda sakramentlərin məqsədinin insanı müqəddəsləşdirmək olduğu açıqlanmışdır. Ortodoks katoliklərə görə sakramentlərin sayı yeddidir: vəftiz, evharistiya, qüvvətləndirmə, evlilik mərasimi, rahiblik sirri, günah etirafı tövbə, xəstə yağı. Protestantlar isə yalnız vəftizi evharistiyanı qəbul edirlər. 1) Vəftiz (Baptism) kəlməsi yunancasuya batırmaqanlamındabaptismasözündən törəmişdir. Xristian ənənəsinə görə (Baptist məzhəbi istisna olmaqla) hər bir xristian uşaq ya suya batırılaraq, ya da üzərinə su səpilərək vəftiz edilir. Vəftiz günahlardan təmizlənmənin, xristianlığa daxil olmanın rəmzidir. Vəftiz ənənəsinin yəhudilikdə geniş yayıldığı məlumdur. Katolik kilsəsi vəftiz sakramentinin mənşəyini Hz.İsanın dirildikdən sonra verdiyiGedin bütün millətləri Ata, Oğul Müqəddəs Ruh adına vəftiz edinəmri ilə əlaqələndirir. Vəftiz zamanı uşaq üç dəfə suya daxil edilir, yaxud üzərinə üç dəfə su səpilir. Bu əsnada rahib katolik ibadətindəSəni Ata, Oğul Müqəddəs Ruh adına vəfiz edirəm”; şərq liturgiyasında isəTanrının xidmətçisi, Ata, Oğul Müqəddəs Ruh adına vəftiz edilirsənsözlərini deyir. Vəftiz edilən kəs müqəddəs yağla yağlanır, saçları xaç şəklində kəsilir. Seremoniya Yeni Əhddən oxunan parçalarla sona çatır; 2) Evharistiya. Latınca missa (mass, messe) şəklində keçən evharistiya kilsənin qeyd etdiyi ən əski sakrament kimi xristian ibadətinin təməlini təşkil edir. Bu sakramentin təməl ünsürü yemək zamanı ortaya çıxır. Hz.İsa şagirdləri ilə yediyison axşam yeməyində onlara bir parça çörək şərab verərək çörəyin onun bədəni, şərabın isə onun qanı olduğunu söyləyir. Məhz bu hadisəni yad etmək məqsədilə rahib təqdis etdiyi şərabı çörəyi liturjik yeməkdə iştirak edənlərə verir. Bu gün kilsə bu simvolik açıqlama ilə yanaşı evharistiya ayininin eyni zamanda Hz.İsanın yenidən dirilməsini təmsil etdiyini irəli sürür. Katoliklərmassdedikləri bu ayini hər gün, ortodokslar bazar günü, protestantlar isə ilin bəzi vaxtlarında qeyd edirlər; 3) Qüvvətləndimə (confirmation). İnsanın kilsəyə qəbulu, imanın təsbit edilməsi gücləndirilməsi məqsədini daşıyan bu sakramentin kökü Rəsulların İşlərindəki bəzi ifadələrə gedib çıxır. Qüvvətləndirmə vəftiz ayinindən dərhal sonra yerinə yetirilirdi. Trent Məclisi isə uşağın yalnız yetkinlik çağına gəldikdən sonragücləndirilə biləcəyifikrini qəbul etdi. Sözügedən yaş həddi xristianlıqda yeddidir. Açılış duasından sonra vəzifəli din adamı (piskopos, yaxud rahib) üzünü namizədlərə tutaraq əllərini onlara tərəf uzadıb Tanrının Müqəddəs Ruhu onlara göndərməsi üçün dua edir. Namizədlərin alnına xaç çəkilərək yağ sürtülür; 4) Tövbə (Penitence). Tövbəişlənən günahların müqabilində Tanrıdan məğfirət diləməanlamına gəlir. Tövbə günahlar üçün əfv diləmə ilə yanaşı tövbə edən kəsin kilsəyə yenidən qatılması anlamına da gəlir. Qərbdə piskopos, şərqdə isə piskoposun vəzifəyə təyin etdiyi kəs Hz.İsa adına bağışlama səlahiyyətinə malikdir. Hz.İsa öz adına həvarilərə bağışlama səlahiyyəti vermişdir: “Göylərin mələkutunun açarlarını sənə verəcəyəm; yer üzündə bağışladığın hər şey göylərdə bağışlanmış olur yer üzündə çözdüyün hər şey göylərdə çözülmüş olur”. Ənənəyə görə tövbə üçün ən uyğun gün cümə günüdür; 5) Evlilik (Matrimony) ayini. Dünyaya yeni bir xristian bəxş etdiyi üçün evlilik kilsə tərəfindən sakrament səviyyəsinə yüksəldilmişdir. Katolik kilsəsi İsanın Qanadakı bir toyda iştirak etməsini onun evliliyi müqəddəs sayması kimi izah edir. Xristianlıqda evliliyin həyat boyu davam edən bir təəhhüd olduğu qəbul edilir; 6) Rahiblik (Order). Din admlarının təyini, vəzifəyə qoyulması funksiyalarının müəyyənləşdirilməsinə aid müqəddəs rahiblik sakramenti xristian təbliğinin Hz.İsa tərəfindən həvarilərə verilməsi ənənəsinə qədər gedib çıxır. Bu ənənəni qəbul edən müqəddəs din adamları xristianlığın varlığınızamanın sonuna qədərdavam etdirirlər. Ruhbanlıq sirrinin Yeni Əhddəki zəmininə dəlil olaraq Məsihin insan Tanrı arasında vasitəçi mövqeyi göstərilir. Kilsənin rəhbəri olan Məsih səlahiyyətlərini həvarilərə, həvarilər isə din adamlarına verir. Məsihin təmsilçisi kimi seçilən din vəzifəliləri üç rütbə altında toplana bilər: 1. Yepiskop (Bishop). Üç təməl rütbədən ən böyüyüdür. Antakyalı İqnatyusun ifadəsinə görə yepiskopatanın canlı surəti kimidir”. Piskoposlar vəzifə bölgəsinin ən önəmli səlahiyyətli şəxsləri olub dini öyrədən, ayinləri icra edən dini xidmətlər göstərən yüksək rütbəli din adamlarıdır. 2. Rahib, yaxud Papaz (Priest). Piskoposdan aşağı bir statusa sahib olan rahiblər piskoposların tapşırığı ilə dini vəzifələri yerinə yetirirlər. 3.Dyakon (Deacon, Diacre=papaz yardımçısı). Diakosluq daha çox müqəddəs kitab oxuma, yaxud ikinci dərəcəli xidmətlə əlaqədar bir məqam olub rahibliyə keçiddə önəmli bir pillə təşkil edir. Bu sakrament böyük bir kilsədə bazar günü tətbiq olunur. Diakosun təyinini yalnız piskopos, rahibinkini piskopos vəzifəli rahiblər, piskoposun təyinini isə xüsusi seçilən üç piskopos edər. Təyin etmə ayininin təməl şəkli vəzifəli din adamının əlini uzadaraq namizədi təbrik etməsindən ibarətdir. Bundan sonra müqəddəs kitabdan parçalar oxunur; 7) Xəstə yağlanması (Unction). Xristian bir mömin xəstələndikdə yaxud ölümü yaxınlaşdıqda rahib tərəfindən oxunmuş yağ ilə məsh edilir onun üçün şəfa dilənir. Bu sakrament İsanın insanları müalicə etməsi bu ənənəni həvarilərə verməsi ilə əlaqələndirilir. Yunan ortodoks kilsələrində bu ayinədualı yağadı verilir.

 

İlk xristianlar Məzmurlardakı əmrə uyğun olaraq hər gün üç dəfə ibadət edirdilər. Bu ibadət ayaq üstdə, yaxud diz çökərək baş önə əyilib əllər yuxarı doğru qaldırılaraq icra edilirdi. IV əsrdən etibarən monastr həyatının geniş yayılması ilə ibadət saatları daha nizamlı bir hal almışdır, hətta Məzmurlardakı ifadələrdən ilhamlanaraq gündəlik ibadət vaxtları yeddiyə çatdırılmışdır. Ortodoks kilsəsində ibadət vaxtı Katolik kilsəsindəkinə bənzəyir. Axşam vaxtı saat altı civarında başlayan vespers, axşam doqquzda kompline, katoliklərdə olmayan bir ibadət vaxtı olaraq saat on ikidə başlayan gecə ibadəti, səhər saat altıda icra edilən ilk saat, səhər yeddidə matins, doqquzda tərcə, gündüz on ikidə sekst günortadan sonra saat üçdə none. Protestant kilsələrində gündəlik ibadət vaxtları katolik ortodokslardakı qədər çox önəmli deyildir. Anqlikan kilsəsindəki yeddi vaxt günlük ibadət səhər axşam olmaqla ikiyə endirilmişdir. Lüteran kilsələrində yalnız bazar günləri ibadət edilir; reform kilsələri ilə presbiteryan kilsələrində isə günlük ibadət yalnız dini məktəblərdə qurumlarda icra edilməklə səhər axşam vaxtları ilə məhdudlaşdırılmışdır.

 

Həftəlik ibadət İsanın yenidən dirilməsini qeyd etmək məqsədilə hər bazar kilsədə icra olunur. Bu ibadət müqəddəs kitabdan parçaların oxunması evharistiya ayininin icra olunması ilə gerçəkləşdirilir.

 

Xristianlıqdakı illik ibadətlər daha çox bayram mərasimlərini əhatə edir. Xristianların iki ən önəmli bayramları Noel (Christmas) Paskalyadır (Easter). Müxtəlif məzhəblərin öz ənənələrinə görə qeyd etdikləri xüsusi günlər vardır. Hz.İsanın doğumunu ifadə edən Christmas qədim ingilis dilindəİsa ayinianlamındaChristes maessedən gəlir. Bu gün işlədilən digər kəlmələr latıncadadoğumanlamındanativitasdan törədilən nativity fransız dilindədoğum günüanlamına gələnnoeldir. Katolik, Ortodoks Protestant məzhəbləri Krisması (doğum günü) dekabrın 25- qeyd edirlər. Evdə icra edilən Yeni il şənliklərinin təməlində üç folklor ünsürü dayanır: Qədim Skandinaviya ənənələrindən alınan yulə kötüyüdeyilən odunların yandırılması, kelt totonlarda əbədi həyatı simvolizə edən şam ağacına hədiyyələr asılması, IV əsrdə Anadoluda yaşayan Sent (Saint) Nikolasla (Nicholas) əlaqələndirilən Santa Klaus (Santa Clause) – Noel Baba imajı. Puritan Kalvinçilər Krisması qeyd etmirlər.

 

(Ardı var)

 

 





16.12.2013    çap et  çap et