525.Az

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı


 

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı <b style="color:red"></b>

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı liderlər koronavirus pandemiyası ilə mübarizə mövzusunu müzakirə ediblər.

Hər iki ölkənin profil strukturlarının gələcəkdə əməkdaşlığının vacibliyi qeyd olunub. Rusiyanın dövlət başçısı türkiyəli tərəfdaşlara Türkiyədə olan Rusiya vətəndaşlarının vətənə qayıtmasına yardım etdiyinə görə təşəkkürünü bildirib .

Putin və Ərdoğan Suriyadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıb. Rusiya və Türkiyə liderləri Liviyadakı toqquşmalardan narahatlıqlarını ifadə ediblər.

Bundan başqa telefon danışığı zamanı Rusiya Türkiyə ikitərəfli münasibətlərinin aktual məsələlərinə toxunulub.

 





18.05.2020    çap et  çap et