525.Az

Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini keçdi


 

Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini keçdi<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 25 141 şübhəli koronavirus testindən keçib, onlardan 1158-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4171 nəfər ölüb, 150 593 nəfər bu infeksiyaya yoluxub, 111 577 nəfəri isə müalicə olunub. Bu gün daha 1615 xəstə evə buraxılıb.

 

 





18.05.2020    çap et  çap et