525.Az

“Türk Dünyası Muzeylərinin həftəsi”nin keçirilməsinə start verilib


 

“Türk Dünyası Muzeylərinin həftəsi”nin keçirilməsinə start verilib<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 18-24 may 2020-ci il tarixlərində “Türk Dünyası Muzeylərinin Həftəsi”nin keçirilməsinə start verilib.
 
Proqramın məqsədi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkələrdə yaradılan karantin rejimində məktəbliləri Türk dünyası muzeyləri ilə tanış etmək, gəncləri Türk ölkərinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etməkdir. 
18 may 2020 il tarixində onlayn platformada təşkil edilən Türk Dünyası Muzey Həftəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Fonda üzv və müşahidəçi dövlətlərin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə, layihəyə cəlb olunan türkdilli ölkələrin muzeylərinin rəhbərləri, elecə də çox sayda məktəblilər iştirak etdilər.





















Mərasimi açılış sözü ilə açan Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov bu layihənin türkdilli ölkələrin ortaq mədəniyyətinin tanınmasına və qarşılıqlı əməkdaşlığın güclənməsinə dəyərli töhvələr verəcəyini bildirdi. Nazir məktəb təhsilinin inkişafında muzeylərin rolunu  yüksək qiymətləndirərək, bu lahiyədə Azərbaycanın müxtəlif regionlarından çox sayda məktəblilərinin iştirakinı qeyd etdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq nitqində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq və Gənclər Mərkəzi ilə birgə ilk dəfə keçirilən Türk Dünyası Muzey Həftəsinin türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsi üçün əhəmiyyətini vurğuladı. G. Əfəndiyeva bu layihə vasitəsilə məktəblilərin bir-birindən maraqlı muzeylərə səyahət edərək, Türk Dünyası ölkələrinin mədəniyyətini və incəsənətini daha yaxından öyrənəcəklərini bildirdi.

Açılışda çıxış edən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Serjan Abdıkarimov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bahrom Aşrafxanov, Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Szederkenyi bu lahiyənin Türkdilli dövlətlər arasında birləşdirici rol oynadığını vurğuluyaraq, öz ölkələrinin mədəniyyəti və incəsənətindən qısa məlumat verdilər.








Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə 2015-ci ilden etibarən təşkil olunan Məktəblilər üçün Muzey Həftəsi proqramının ilk dəfə olaraq beynəlxalq statusda, Türk Dünyasının Muzey Həftəsi kimi birgə qeyd olunduğunu vurğuladı və bununla əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirdi. O həmçinin, virtual eksursiyalara məktəblilərin və Bakı şəhəri daxil respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulmasının nəzərdə tutulduğunu qeyd etdi.



















Sonra Türk Dünyası Muzeylərinin həftəsində iştirak edən Azərbaycan Milli Xalça Muzeyinin, Qazaxıstan Milli Muzeyinin, Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinin, Türkiyə Respublikası Troya Muzeyinin, Özbəkistan Dövlət Tarix Muzeyinin, Macarıstanın Milli Muzeyinin direktorları birgə əməkdaşlığın müsbət təsirlərini bildirdilər.

Rəsmi hissədən sonra məktəblilər Azərbaycan Milli Xalça Muzeyinə virtual səyahət edərək, orada  sərgilənən eksponatlarla tanış oldular.

Xatırladaq ki, lahiyə çərçivəsində mayın 18-24 tarixləri arasında həftənin hər günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin  muzeylərinə uşaq və gənçlər üçün virtual ekskursiyaların təşkili nəzərdə tutulub. Proqram 19 may Qazaxıstan Milli Muzeyi, 20 may Qırğızıstan Milli İncəsənət Muzeyi, 21 may Türkiyə Troya Muzeyi,  22 may Özbəkistan Dövlət Tarix Muzeyi, 23 may Macaristan Milli Muzeyi ilə dəvam etdiriləcək və 24 may tarixində məktəblilər üçün Muzey Həftəsinin rəsmi bağlanışı ilə yekunlaşdırılacaqdır.









 





19.05.2020    çap et  çap et