525.Az

Köhnə tanışlar: tanınmış jurnalist Şakir Yaqubov- davamı


 

“MƏN HƏYATIMI JURNALİSTİKAYA QURBAN VERDİM”

Köhnə tanışlar: tanınmış jurnalist Şakir Yaqubov-<b style="color:red"> davamı</b>

abdin41@mail.ru

tofigabdin.com

Doğrudur, indiKitabım var” – demək bir az şit səslənir, amma sayı bilinən kitabların var. Kitab çap etdirmək barədə yenəmi düşünürsən?

– “Kitabım var” – demək şit səslənir... Bunu gözəl dedin, mən əvvəllərdə bu fikrə oxşayan fikirlər bildirmişəm, misallar çəkmişəm. deyim, vallah... Bir vaxt deyirdik ki, Azərbaycan xalqı şair xalqdırçünki əli qələm tutanların hamısışeiryazırdı, indi isə 5 manat pulu ... əndamı olanlar kitab yazır, yaxud yazdırır. Hər halda mənə elə gəlir ki, kitab çapının həcminə görə Azərbaycan yəqin  indi dünyada ən öncül yerlərin birində olar.

Mən təmiz 10 ildir ki, növbəti kitabımı buraxdırmaq barədə düşünürəm, amma hələ bir yana çıxara bilmirəm. Bu, pul məsələsi deyil. Başlıca səbəb budur ki, böyük maddi mənəvi əziyyətlər bahasına başa gələn bu kitab kimin üçündüraxı bu kitabı hətta dostlar, həmkarlar, qohum-əqraba, adını mütəxəssis qoyan kəslər oxumursa, onda həqiqətən bu kitab üçündür? Amma görünür bu da bir azardırmübtəla olan çətin ki, bu azardan sağala...

Sənin yadında olar ki, hələ İstanbulda olduğun son günlərdə Adil “525-ci qəzet yazmışdı ki,  Şakirin XX əsr dünya futbolunun 50 ulduzu haqqında təxminən 20 çap vərəqi həcmində kitabın nəşrini gözləyir. Düşünürəm ki, bu kitab, ən azı, futbolla, onun tarixi ilə, unikal ustaları ilə maraqlanan yeniyetmə cavanlar üçün gərəklidir. Digər tərəfdən isə əgər Azərbaycanın XX əsrdəki ən istedadlı titullu futbolçusu Anatoli Banişevski barədə 2002-ci ildə AFFA-nın keçmiş prezidenti Fuad Musayevin birbaşa maddi yardımı sayəsində çap etdirdiyim 1000 nüsxəlikBanişevski olduğu kimikitabınınrəyçi, ötənlərin məşhur futbolçusu idman şərhçisi Çingiz İsmayılovun Azərbaycan futbolunun ensiklopediyası adlandırdığı kitabın  600 nüsxəsi bugünəcən ikiotaqlı mənzilimin bir küncündə gərəksiz əşya kimi qalaqlanıb durursa, dünya futbol ulduzları barədə kitab kimə gərək ola bilər? Həm axı Banişevski barədə kitab bu böyük idmançı ƏSL AZƏRBAYCANLI barədə birinci sonuncu kitabdır; Azərbaycan dilində olan bu  kitabı Rusiyanın çox böyük dövlət adamı Sergey Stepaşin şəxsi kitabxanası üçün əldə edibsə, bizimkilərin biganəliyinə heç cür izah  tapmaq olmur.

Daha bir kitab təqribən 5000 səhifəlik materialın içindən seçilmiş yazılardan ibarətdirbunlar keçən əsrin 90- illərinin əvvəllərində əsasən üç qəzetdə — “Həyat”, “SəhərBakı postda dərc olunub, indi onlarla tanışlıq məndə belə bir təsəvvür yaradır ki, onları vaxtilə heç kim oxumayıb, çünki bunlar son dərəcədə aktualdır. daha bir kitabımın materialları ortada əl-ayağa dolaşır ki, bu da, ən azı, bütün yazı-pozu adamının stolüstü kitabı ola bilərəməli gərəkliliyinə görə...

Ailənizə yaxından bələdliyim olduğundan bilirəm ki, ailə sahibi kimi həmişə var olmusan. Onların sənin işində bir üstünlüyü olubmu? Onların yardımını hiss etmisənmi, şayət, indiki xanımına rast gəlməsəydin, bu ömrü yaşaya bilərdinmi?

Qoy bunu da bəri başdan deyim ki, sonra yadımdan çıxmasın. Sənin bu sualın, görünür, zəmanənin doğurduğu sualdır. Çünki indi eşidirəm ki, filankəs müsahibə verir həmin müsahibədə özünü tərifləyirsankivətəndaş nikahında yaşamaq üçün arvad axtarır; arvadını tərifləyirsanki ona ər axtarır; qızını tərifləyirheç şübhəsiz ki, onu  ərə vermək istəyir; oğlunu dağın başına qaldırırona da qız axtardığı güman olunur... Ümumiyyətlə, aşkarlıq, demokratiya pərdəsi altında bizim informasiya mənbələrimiz abır-həyadan tam bixəbər, ya da azad bir məkana çevrilib. “Namus qadının cinsi orqanıdır” – intervü verən qadının bu cümləsi yazının sərlövhəsidir; “Bizim kişilərin Rusiyada qadınlarda axtardıqları şey məgər bizim qadınlarda yoxdurmu?” – bu da bir başqa qadın cinsindən olan müəllifin yazısının başlığıdır. Mən ümumiyyətlə, təsəvvür edə bilmirəm ki, xanım jurnalist hansı üzlə QİÇS mövzusunda yazı yaza bilər? Hələ telekanallarda səhərdən-axşamadəkqadın tamponlarıbarədə elanları müfəssəl mətnlə necə vermək olar? Elə bundansa kimisə əməli olaraq həmin ekranda geyindirib-soyundursunlar da...

Mən 20-22 il bundan qabaq işlədiyim qəzetdəgözəllik müsabiqələribarədə hər hansı bir yazının getməsinə qadağa qoymuşdum bu barədə elə həmin qəzetdə yazmışdım; çox sadə səbəbə görə: bu müsabiqələr barədəəlifbasəviyyəli yazılardan məlumdur ki, kastinqin şərtlərinə görə, iştirakçılar münsiflərin qarşısınaHəvva geyimində çıxmalıdırlar...

Qaldı ki, ailə üzvlərimin işimə, yazı-pozu fəaliyyətimə təsiri, köməyi məsələsibu, adi bir prosesdir, yəni o mənada ki, yazdığımın, necə yazdığımın ailə üzvlərinə birbaşa heç bir aidiyyəti yoxdur, çünki mən yetərincə məsuliyyətli adamam, bunu özüm müəyyən edirəm, gördüyüm işin qazancı da, ziyanı da bilavasitə özümün hərəkətimlə müəyyənləşir. Hərçənd bu məsələlərdə son nəticədə ailəmə dolayısıyla bir zərər dəyibsə bunun məndən irəli gəlməsi hər şeyin üstünü örtüb. Digər tərəfdən, xanımıma urcah olduğum 43 il qabaqhələ tələbə ikən mən jurnalistikayla məşğul idim, övladlarım da ağıllları kəsən gündən yazı-pozu ilə məşğul olduğumu görərək, bunu yalnız atalarına aid olan adi, gündəlik  sayıblar, bu səbəbdən heç bir haldayaradıcılıq mətbəximə baş vurmayıblar; hərçənd kiçik qızımın ötən il Azərbaycan jurnalistikası günü münasibətilə (məhz bu cür, daha Milli mətbuat günüyox! Çünki bizim əlamətdar tarixi günlər, dövlət bayramları peşə bayramları təqvimində rəsmənMilli mətbuat günüadlı gün yoxdur!!!) uzaq xaricdən, uzunmüddətli ezamiyyətdə olduğu ölkədən mənə yazdığı təbrik məktubundan görürəm ki, yox, bu məsələdə bir qədər ifrata varırambalalarım yaradıcılığımı izləyirlər, amma bizdə bunu müzakirə mövzusu eləmək vərdişi, həvəsi olmadığı üçün bütün normal ailələrdəki  kimi, mənim  ailə üzvlərim bu stereotipi qırmağa cəhd göstərməyiblər heç vaxt...

Qocaman qələm dostumuz Akif Qəhrəmanlı sənin yazılarının dili üslubu haqqında təkrar-təkrar məmnuniyyətlə danışır. Bu bir təhsil məsələsidirmi, yoxsa başqa bir səbəb var bunda?

Yox, bu, lap oldu. Mənim yazılarımın dili türkün təmiz ana dilidirhansı ki, biz ona Azərbaycan dili deyirik, üslubu isə bu dilin tələb elədiyi mənim çox dəqiqliklə əməl eləməyə çalışdığım üslubdur. Mən bu söhbətin dərc olunacağı qəzetin oxucuları üçün demək istəyirəm ki, Akif Qəhrəmanlı mənim çox böyük hörmət bəslədiyim qələm qardaşım, vaxtilə 3-4 il birgə çalışdığımız işdaşım hər şeydən öncə, bizim danışdığımız dilin incəliklərinə dərindən bələd olaraq, ömrünün az qala 50 ilini çox çətin, həm məsuliyyətli peşəyə - dövlət tərcüməçisi peşəsinə sərf eləmiş bir Vətən övladıdır. “Dövlət tərcüməçiliyi  dəhşətli dərəcədə ağır məsuliyyətli bir peşədir, burada özfəaliyyətin nəinki özü, heç adı da işə keçmir, bunun əvəzi olaraq, ən yaxşı halda... işsiz qalırsan. Burada nəinki sözün, kəlmənin, hətta hərfin bəzən dövləti əhəmiyyəti olur qardaşımız bu keyfiyyətləri çox gözəl əxz eləmiş nadir kadrlardandır. Mən bu peşənin mərhum  İsaxan Ömərov, Rəfail Nağıyev, Cəlil Xəlilov, Azər Ələsgərov, Ənvər Quliyev, Elman Cəfərli  kimi bənzərsiz nümayəndələri ilə kəlmə kəsmişəm, birgə işləmişəm.   Mənim yazılarımda onların diqqətini yalnız yalnız sözün məsuliyyətini hiss eləməyim çəkə bilərdi, yəqin Akif müəllimi elə bu məqam çəkir o, çox yaxşı  bilir: necə ki, tərcümədəboyun qaçırmaqlaimtina eləməkeyni mənada işlənməyə bilər, mənim yazılarımda dadarıxmaqlaxiffətin hərəsinin öz yeri olur...

 Bu, nədən irəli gəlir? – sən soruşursan. Məxsusi təhsil məsələsi deyil bu. Mən universitetdə dilçilik, ədəbi dil, redaktənin əsasları s. fənləri keçməmişəm, mənim hətta attestatımda rus dilindən xarici dildən (ingilis dilindən) qiymət yoxdur; amma mən 40 ildir ki, rus dilindən Azərbaycan dilinə əksinə tərcümə edirəm, ingilis dili tərcümələrini redaktə edirəm. Bu, sadəcə, məsuliyyət məsələsidir, sifarişçi vicdanın qarşısında məsuliyyət məsələsi! Məndən öncəkilər belə olublar, mənim yaşıdlarım məndən 5-10 yaş kiçik olanlar da belədirlər ... bununla  hər şey qurtarır... 

Səndən nəyi soruşmağı unutdum? Məndən soruşmaq istərdin?

Təxminən... yox, dəqiq 14 il öncəNeftçinin məşhur müdafiəçisi Yaşar Vahabzadədən soruşdum: “Sənin indi 39 yaşın var hələ oynayırsan. Axı vaxtacan?!”. Qayıtdı ki, necə oynayıram? Dedim: ən azı “4”-ə layiq... Dedi: onda niyə oynamayım?! Mən o vaxt oynamaram ki, kimdənsə zəif oynadığımı hiss edəm... Səndən soruşmalıydım ki, bu yaşda da hər həftə 2-3 dəfə köşə yazısı yazmaq olarmı bunları kim oxuyur? Soruşmuram, çünki bu ölkədə ən azı iki nəfərbir bu köşənin redaktoru bir Şakir Yaqubov o yazıları gözləyir oxuyur. Belədə mənə TÜRKlər demiş, “Əllərinə sağlıq!..” – demək qalır...

SON 


Adil QAÇAYOĞLU

PEŞƏKAR

...Zərrə qədər şübhə eləmirəm ki, Şakir müəllimə istər sırf siyasət (yeri gəlmişkən, bizim siyasi baxışlarımız siyasi liderlərə münasibətimiz yetərincə fərqlidi), istər iqtisadiyyat, istər mədəniyyət, istərsə idman qəzetinin, lap elə bütün bunların hamısını özündə birləşdirən qəzetin redaktəsini etibar edib, gedib evdə rahat yatmaq olar. Hər şey gözlənildiyindən dəfələrlə yaxşı olacaq.

...Şakir müəllimə istər siyasətdən, istər iqtisadiyyatdan, istər mədəniyyətdən, istər idmandan yazı sifarış ver, əlini qoy qulağının dibinə. Yaxşıdan yaxşı yazacaq, gətirib kompyuterdə yığdıracaq (indi özü yığırT.A.), korrekturasını edəcək, dizaynının üstündə duracaq, səhifəni tam hazır edəcək ... yalnız bundan sonra bir stəkan  çay içmək olar.

...Hələ ruscadan gözəl tərcümə qabiliyyətindən danışmıram.

...Hələ lazım gəlsə, rusca yazmaq bacarığını söyləmirəm.

Peşəkar daha cür olur?

Mən bu sualın cavabını 1983- ildə tapdığıma görə, 2001-ci ildə yazdığım yazıya sərlövhə axtarmaq üçün baş sındırmalı olmadım...

 





16.12.2013    çap et  çap et