525.Az

Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin şəkildə azaldı


 

Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin şəkildə azaldı<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma daha da sürətlənib.

AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 19-də ölkə üzrə 25 min 382 nəfər testdən keçirilib. Onlardan 1022 nəfərinin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində 1318 nəfər sağalıb, 28 nəfər dünyasını dəyişib. Beləliklə, koronavirus infeksiyasından sağalanların sayı 112 min 895 nəfərə, ölənlərin sayı isə 4199 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə hökuməti koronavirusla mübarizənin növbəti mərhələsi üçün proqram qəbul edib.

 





19.05.2020    çap et  çap et