525.Az

Tələbə bu halda yekun attestasiyadan keçmiş sayılacaq - Nazirlikdən açıqlama


 

Tələbə bu halda yekun attestasiyadan keçmiş sayılacaq -<b style="color:red"> Nazirlikdən açıqlama </b>

“Əgər sonuncu buraxılış kursunda təhsil alan tələbənin heç bir fəndən kəsiri yoxdursa, bütün fənlərdən kredit qazanıbsa, yekun attestasiyadan da keçmiş sayılacaq”.

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib.

Onun sözlərinə görə, əgər tələbə ona verilən orta müvəffəqiyyət göstəricisindən razı deyilsə, ona dövlət imtahanı vermək imkanı yaradılacaq: “Tələbə buraxılış işinin orta müvəffəqiyyət göstərici qiymətinin yazılması ilə razı deyilsə, bu, onu qane etmirsə, tələbə buraxılış işinin müdafiəsində də iştirak edə bilər”.

 

 





20.05.2020    çap et  çap et