525.Az

HHM bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün hazırdırlar - Video


 

HHM bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün hazırdırlar - <b style="color:red"> Video</b> Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Müdafiə nazirliyindən APA-ya verilən xəbərə görə, HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.

 





21.05.2020    çap et  çap et