525.Az

Çöllərdə böyüyən son nəsil - Könül Nuriyevadan yeni yazı


 

Çöllərdə böyüyən son nəsil - <b style="color:red">Könül Nuriyevadan yeni yazı </b>

Dişlənmiş alma şəklini otağının divarına yapışdırmış yeniyetmə ilə çox yox, ikicə kəlmə kəssəniz, nə qədər mülayim olursunuz-olun, əsəb sizə də güc gələcək.


Nə vaxtsa bir jurnalist dişlənmiş almanı icad edən Stiv Cobsdan soruşmuşdu:


"Uşaqlarınız iPad'ı çox sevirlər?"


O da belə cavab vermişdi: "Heç istifadə etmədilər. Uşaqların evdə istifadə etdiyi texnologiyanı məhdudlaşdırmışıq".
 

Ağıllı telefonlardan asılılıq uşaqları xəyal gücündən, yaradıcılıqdan uzaq, əskik və problemli həyata sövq edir. Biz çöllərdə oynaya-oynaya böyüyən son nəsilik. Hərəkət edirdik, sınaqdan keçirdik, məlumatları Google yerinə kitablardan öyrənirdik. Sosiallığa güclü həvəsimiz vardı, dizüstü kompüterlərimiz isə yox idi.
 

Tozun-torpağın içində oynayan uşaqları ana hər axşam elə həyətdəcə vannada çimizdirirdi. Yanaqlarından qan daman, şən uşaqlar axşam yeməyini yeyib, saat doqquzda cizgi filminə baxıb yatırdılar. Bu, bizim uşaqlığımız idi.


Ana telefon üçün ağlayan uşağının istəyinə əməl etməli oldu. Özünə haqq da qazandırdı: təki səsini kəssin, qulağımız dinc olsun.


Sosial şəbəkələrdə itirdiyi vaxtdan xəbərsiz idi. Yeməyi yanmışdı, gözləri qızarmışdı, eyni vəziyyətdə oturmaqdan sümükləri ağrıyırdı.


Uşaq əlində telefon ac-yalavac yatmışdı.


İşin mənəvi tərəfi isə valideyn-övlad ünsiyyətinin zəifləməsi, sosial şəbəkə xəbərlərindəki ağrı, cinayət, qalmaqal yüklü məlumatların istəməyərəkdən izlənməsi, bunların şüurda buraxdığı mənfi izlər idi. Həm də bu proses saatlarla davam etmişdi.


***


Bizim evlərimiz Silikon vadisinə bənzəyir. ABŞ-ın texnologiya sektorunun lokomotivini deyirəm. O yerlərdən çıxan Google, Apple kimi nəhənglər asanlıqla çarpayımızda yatır, divanımızda oturur, əllərimizin vazkeçilməzinə çevrilir. Amma bu şirkətlərin üst səviyyə idarəçiləri uşaqlarını texnologiyadan uzaq tutmaq istiqamətində artan meylləri ilə seçilirlər, texnologiyadan uzaq Waldorf məktəbinə göndərirlər. Çünki onlar ilk əldən məlumat sahibidirlər, təhlükə barədə yetərincə məlumatları var.


Ağıllı telefonlardan asılılıq uşaqları xəyal gücündən, yaradıcılıqdan uzaq, əskik və problemli həyata sövq edir. Biz çöllərdə oynaya-oynaya böyüyən son nəsilik. Hərəkət edirdik, sınaqdan keçirdik, məlumatları Google yerinə kitablardan öyrənirdik. Sosiallığa güclü həvəsimiz vardı, dizüstü kompüterlərimiz isə yox idi.


Ana uşağına bahalı və "cool" görünən cihazlar vermək yerinə, onunla bayıra çıxsa, oynasa, danışsa - və o an zəhlətökən görünsə də - gələcəkdə uşağı ona təşəkkür edəcək.


Texnologiya xəyallarımızı almaqla gələcəyimizi qaranlığa məhkum edib. Çox gəncdən gələcəyi haqqında soruşanda, qeyri-qəti cavablar alıram.


***


Texnologiya yeni nəslin dil, yazı vərdişinə, diksiya, nitq mədəniyyətinə, fikrini ifadə etmək bacarığına ciddi təsir göstərir. Onlar bunun fərqində deyillər. Məsələn, "zəhərli", "zəhərlənmiş", "rədd et", "seç" sözləri eyni düymələrdədir. Rusca "bədən" və "şam yeməyi" əksər telefonlarda eyni düymələrdədir, buna görə də, "evə gələndə, şam soyuducudadır" cümləsi, "bədən soyuducuda yatır" kimi yazılır. "Mobil nömrə" "qəbir nömrəsi"nə uyğun gəlir.


T9-un ən geniş yayılmış və xoşagəlməz səhvi "özünüz" sözünün "özümüz"lə əvəz olunmasıdır. Xüsusilə "Səni sevirəm" cümləsində. Hətta "Nokia" telefonlarında "boynundan öpmək, qulağının arxasında cızığ" ifadəsi "cığırdan öpüş, fırçanın arxasında cızıq" birləşməsinə çevrilir. Alman dilində söz yazdıqda sözü hissə-hissə daxil etməlisiniz. Mətn daxiletmə sistemi hazırlanmalıdır.


Danışmayan, ünsiyyətdə olmayan gənclər yazmaqla fikirlərini izah edə bilmirlər. Daima tələsir, sözləri qısaldıb yazır, gülmədən gülmək işarələri göndərir, zamanın necə keçdiyini fərq etmirlər.


***


Texnologiyanın müsbət cəhətləri sözsüz ki, çoxdur. Sürət, informasiya bolluğu, məlumatsızlığın demək olar ki, olmaması, doğmalarınla anında əlaqə. Amma düşünürəm ki, məhz informasiya bolluğuna görə insanlar oxumur, tez ötürür, yorulur, sonraya saxlayır. Hamı içini, duyğularını, hər an nə geyindiyini, nə yediyini, hara getdiyini paylaşdığı üçün eynilik çoxalır, bəhsə girmə meyilləri artır.


Doğmalardan gecikmiş telefon zəngləri isə streslərin ilk səbəbi olur. Biz tələbə olanda ev telefonları yox idi, aylarla valideynlərimiz bizdən xəbərsiz qalırdılar. Narahat deyildilər, indi isə zəngə gec cavab verən kimi, ürəyi getmək, aşırı həyəcan yaşamaq halları çoxalıb. Hətta bir saat əvvəl danışsaq da.


***


Texnologiyadan danışıb, "i" hərfi haqqında danışmamaq eyib sayılar. Apple istehsalı olan bütün məhsulların ilk hərfi kiçik "i" hərfidir.


Apple kiçik "i" hərfini ilk dəfə 1998-ci ildə iMac modelində istifadə edib. Bu, internet mənası daşıyırdı. Hərfin mənası tək bu deyildi. "İndividual - fərdi", "inspire - ilham vermək", "inform - məlumatlandırmaq", "instruct - təlimatlandırmaq" mənaları daşımaqla, "i" hərfi çoxşaxəli olduğunu göstərirdi. 2007-ci ildə ilk Apple telefonu olan iPhone-da da bu hərf istifadə edildi. Son məhsullarda isə bu hərf yoxdur. Apple Watch və Apple TV məhsullarının internetə daxil olması adidir, buna görə də "i" hərfinə ehtiyac yoxdur.


***


Keyfiyyət vurğunu olan S.Cobs ölümündən sonra böyük miras buraxdı. Bu zəngi miras içində onun ən fərqli məsələlərlə bağlı dediyi fikirləri də var idi.


"Nələrisə itirmək qorxusundan uzaq durmağın ən asan yolu bir gün mütləq öləcəyinizi dərk etməkdir. Əslində, siz gerçək mənada heç nəyə sahib deyilsiniz. Bu anlamda qəlbinizdən keçənlərin ardınca düşməyinizə heç bir səbəb yoxdur".


"Qrup halında çalışaraq, hər hansı bir məhsul ortaya çıxarmaq çox çətindir. Çox vaxt insanlar sən onlara göstərənə qədər istədikləri şeyin nə olduğunu bilməzlər" "Fikrini bir işə yönəltmək və bəsitlik! Bəsitlik və sadəlik qarışıqlıqdan daha çətindir. Bir işi sadələşdirmək üçün əvvəlcə düşüncələrinizi sadələşdirməniz lazımdır. Bu, çox zəhmət tələb edir. Amma bu zəhmətə qatlaşmağına dəyər - çünki siz o nöqtəyə çatanda dağı da yerindən oynada bilirsiniz".


***


By yazıda texnologiyanın mənfi təsirlərindən, gəncliyin özündən xəbərsiz, nəticəsi gələcəkdə bilinəcək durumundan, valideynlərin sosial şəbəkələrdə başını qatacaqlarını zənn etdiyi, əslində isə mənfi enerjini özlərində cəmlədiyi hallardan bəhs etməyə çalışdıq.


Özünənəzarətin azalması ilə nəticələnən davranışlar insan psixologiyasına mənfi təsir göstərir. Məsələn, telefonu əlinə götürən insan ondan asılı hala düşür, faydalı məlumat yerinə tanışlarını izləyir, kobud desək, güdür. Hər dəfəsində içində qısqanclıq, həsəd, acıq duyğuları yaşayır. Amma bu zamanını bir filmə həsr etsəydi və filmi ailəsi, dostları ilə izləsəydi, daha gözəl olardı.


Texnologiyanın ən yaxşı olmayan halı cinslərin əks cinslərlə anında əlaqəyə keçə bilməsidir. Bunu gizli etdiyini düşünən qadın, ya kişi özünə haqq qazandıraraq, adi yazışmadır deyir. Amma bağlılıq gün keçdikcə artır. Ailədən uzaqlaşma, saatlarla telefon həmdəmliyi, mübahisələr depresiyyaların səbəbidir. Uşaqlar əziyyət çəkir. Valideynlərin kefsizliyi ailənin istiliyinə təsir edir. Münasibətlərdə dayanıqsızlıq yaranır. Sosial şəbəkələr çoxlu buğda səpilmiş tarla kimidir, biri olmasa, o birini götürərəm düşüncəsi sevgi, hörmət, təmiz münasibətlər anlayışlarını sıradan çıxarır.


Həyatımızdakı nöqtələri gələcəyimizə baxıb birləşdirə bilmərik. O nöqtələri ancaq keçmişinizə baxaraq birləşdirmək mümkündür. Buna görə də, gələcəkdə bu nöqtələrin bir şəkildə birləşəcəyinə inanmalıyıq. Taleyə, həyata, bəxtə - nəyə olur-olsun, bir şeyə qəti şəkildə inanmamız lazımdır. Özümü götürürəm, bu düşüncə məni əsla yarı yolda buraxmadı. Həyatımdakı bütün fərqliliklər məhz inandıqlarım sayəsində gerçəkləşdi.


Texnologiya bütün ziyanı və xeyri ilə həyatımızın vazkeçilməzidir. Ona nəzarəti əlimizdə saxlamağı bacarsaq, özümüzə, gələcəyə inam sayəsində, biz özümüz də daha yeni texnologiyanın qurucuları ola bilərik. Elə isə, insan niyə öz yaratdığından asılı olsun ki?!.

 





21.05.2020    çap et  çap et