525.Az

Ədəbiyyat İnstitutun həmkarlar təşkilatı bəzi əməkdaşlara yardım paylayıb - Foto


 

Ədəbiyyat İnstitutun həmkarlar təşkilatı bəzi əməkdaşlara yardım paylayıb - <b style="color:red">Foto</b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Direktorluğu və Azad Həmkarlar İttifaqı pandemiya dövründə ehtiyacı olan institut əməkdaşlarına ərzaq yardımı paylayıb.

AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, yardımın verilməsində məqsəd pandemiya dövründə institut əməkdaşlarına kömək etməkdir.

Eyni zamanda, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və Ədəbiyyat İnstitutun Azad Həmkarlar İttifaqının sədri, institutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da yardımın paylanmasında iştirak ediblər.

Hazırkı karantin dövrünün tələblərinə uyğun olaraq işə gələ bilməyən yaşlı əməkdaşlardan Rauf Sadıxov, Çingiz Sasani və başqalarının  yardım payı evlərində təqdim olunub.

 





21.05.2020    çap et  çap et