525.Az

DSMF-nin Qusar rayon şöbəsinin müdiri və 3 əməkdaşı işdən çıxarıldı


 

DSMF-nin Qusar rayon şöbəsinin müdiri və 3 əməkdaşı işdən çıxarıldı<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb.

APA-nın şimal bürosunun məlumatına görə, onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya faktı təsdiqləyib.

 





21.05.2020    çap et  çap et