525.Az

Məmməd Arazın 80 illiyi Ağdamda qeyd olunub


 

Məmməd Arazın 80 illiyi Ağdamda qeyd olunub<b style="color:red"></b>

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın anadan olmasının 80 illik yubileyi qeyd edilib.

Mərasimdə ulu öndər Heydər Əliyevin Məmməd Arazla görüşünə şair haqqında dəyərli fikirlərinə dair videokadrlar nümayiş etdirilib.

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, filologiya elmləri doktoru Vaqif Yusifli, şair Zakir Fəxri, rayon ziyalıları adından Qədulla Səfərov başqaları Məmməd Arazın həyat yaradıcılığından, şairlə bağlı xatirələrindən danışıblar.

Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov Məmməd Arazın vətənpərvərlik mövzusunda yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında özünəməxsus səhifə açdığını vurğulayıb. 

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Məmməd Arazın 80 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması şairin yaradıcılığına verilən ən böyük qiymət kimi dəyərləndirilib. Tədbirdə şairin şeirləri səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa edilib.

Sonda şairin ailəsi adından çıxış edən yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





17.12.2013    çap et  çap et