525.Az

Tacikistan Prezidenti İlham Əliyevi təbrik etdi


 

Tacikistan Prezidenti İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Respublika Gününün ildönümü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, Tacikistan Prezidenti bildirib ki, Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.

Emoməli Rəhmon təbrik məktubunda Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib: “Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır. Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik. Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm”.

 





24.05.2020    çap et  çap et