525.Az

Sabahdan Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir


 

Sabahdan Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir<b style="color:red"></b>

Yaponiya hökuməti mayın 25-dən yeni növ koronavirusla (COVİD-19) bağlı ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin ləğv olunması barədə qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Hazırda fövqəladə vəziyyət rejimi paytaxt Tokio da daxil olmaqla, 5 vilayətdə qalır.

Hökumət xüsusi ekspert komissiyasının rəyinə əsasən belə bir qərar qəbul edib. Bundan əvvəl komissiyanın rəyi ilə ölkənin digər vilayətlərində fövqəladə vəziyyət rejimi ləğv olunub. Hökumətin son qərarı ilə paytaxt Tokio, paytaxtla qonşuluqda yerləşən Kanaqava, Saytama və Tiba vilayətlərində, o cümlədən ölkənin şimalındakı Hokkaydoda fövqəladə vəziyyət rejimi ləğv olunur.

Bununla da apreldən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi tamamilə ləğv olunur.

 





24.05.2020    çap et  çap et