525.Az

Azərbaycanlı iş adamının həbs səbəbi məlum oldu


 

Azərbaycanlı iş adamının həbs səbəbi məlum oldu<b style="color:red"></b> Ebru Gündeşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabın həbsinin səbəbi məlum olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərrab saxta sənədlər düzəltməkdə və şübhəli pul köçürmələrində ittiham olunur. Bundan başqa Zərrab türkiyəli nazir övladlarının vasitəsi ilə Türkiyə vətəndaşı olmayan vətəndaşlara rüşvət müqabilində vətəndaşlıq verilməsini həyata keçirirmiş.
 
Azərbaycanlı iş adamı Ekologiya və Şəhərsalma Nazirliyinin vasitəçiliyi ilə Fatih bələdiyyəsinin ərazisində qeyri-qanuni abadlıq və tikinti işlərinin həyata keçirdiyi də bildirilir.
 
Qeyd edək ki, İstanbul Prokurorluğunun səhər saatlarında başladığı əməliyyat zamanı aralarında bır sıra tanınmış iş adamlarının da olduğu 20-dən çox şəxs saxlanılıb. Onların arasında nazir övladları və məmurlar da var.
 





17.12.2013    çap et  çap et