525.Az

Kaliforniya ştatında kütləvi dini tədbirlərin keçirilməsinə icazə verildi


 

Kaliforniya ştatında kütləvi dini tədbirlərin keçirilməsinə icazə verildi<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi tərəfindən pandemiya dövründə kütləvi dini tədbirlərin keçirilməsini nəzərdə tutan tövsiyələr hazırlanıb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, sözügedən tədbirlər zamanı müvafiq ayinlərin yerinə yetirilməsi zamanı maksim 100 nəfər toplaşa bilər.

Tövsiyələrə görə, açıq havada keçiriləcək mərasimlərdə oturacaqlararası məsafənin azı 2 metr olması mütləqdir.

Bundan əlavə, virusun hava damcı yolu ilə daha sürətlə yayılma təhlükəsi səbəbindən xor ifalarına, o cümlədən dini ədəbiyyatların və yaxud ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsinə icazə verilmir.

 





26.05.2020    çap et  çap et