525.Az

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat edib


 

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat edib<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi məlumata görə, İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.

O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

 





26.05.2020    çap et  çap et