525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən  mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz  25-30, Bakıda  gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi  rayonlarda  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 13-18, gündüz  30-35,

dağlarda gecə 9-14, gündüz  17-22 dərəcə isti olacaq.

 





27.05.2020    çap et  çap et