525.Az

Litvanın Xarici İşlər naziri Azərbaycan xalqını təbrik etdi


 

Litvanın Xarici İşlər naziri Azərbaycan xalqını təbrik etdi<b style="color:red"></b>

Litvanın Xarici İşlər naziri Linas Linkeviçius Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, litvalı nazir bu barədə "Twitter"də qeyd edib.

"Bu gün Respublika Gününü qeyd edən Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayıram. Ölkələrimiz arasındakı əməkdaşlığı və xalqlarımız arasındakı əlaqələrin daha da gücləndirilməsini məmnuniyyətlə gözləyirəm", - nazir bildirib.

Qeyd edək ki, Litvanın Xarici İşlər naziri təbrikini Azərbaycan dilində yazıb.

 





28.05.2020    çap et  çap et