525.Az

Fransa səfiri Azərbaycan xalqını təbrik etdi


 

Fransa səfiri Azərbaycan xalqını təbrik etdi<b style="color:red"></b>

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Azərbaycan xalqını 28 may – Respublika Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, fransalı diplomat təbrikini "Twitter"də qeyd edib.

"Bu gün, 28 mayda, düşüncələrim 1918-ci ildə və 1991-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda vuruşan hər kəsin yanındadır. Bu müstəqillik ölkənizin çiçəklənməsinin təməl daşıdır. Azərbaycanın qurucuları kimi, mən də sizə azadlıq, firavanlıq, demokratiya arzulayıram" - diplomat bildirib.

 





28.05.2020    çap et  çap et