525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa  enəcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin  bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 15-20, gündüz 

32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

 





28.05.2020    çap et  çap et