525.Az

Rumıniya XİN Azərbaycanı təbrik etdi


 

Rumıniya XİN Azərbaycanı təbrik etdi<b style="color:red"></b>

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, Rumıniya XİN təbrikini "Twitter"də qeyd edib.

"Strateji tərəfdaş və dost Azərbaycanın Milli Günü mübarək! Əsaslı siyasi dialoq və ikitərəfli əməkdaşlıq yolu ilə Rumıniya və Azərbaycan birlikdə enerji və nəqliyyat kimi əsas sahələrdə ümumi məqsədə çatmaq istiqamətində işləri davam etdirəcək", - Rumıniya XİN-nin təbrikində deyilir.

 





28.05.2020    çap et  çap et