525.Az

Yaddaşımın arxivindən - Fikrət Qoca yazır


 

Yaddaşımın  arxivindən - <b style="color:red"> Fikrət Qoca yazır</b>

1963-cü ildə Moskva Ədəbiyyat İnstutundan İrkutsk şəhərinə, Kamçatkaya yaradıcılıq ezamiyyətinə getmişdim. Silsilə yazılar, şeirlər yazdım. Orada topa bənzər gəzəyən kol topaları gördüm. Sibirlilər də ona “gəzəyən kollar” deyirdilər. O vaxtdan yaddaşımın arxivində bu mövzunu gəzdirirəm. Nəhayət, bu gün yazdım.



Baykalın sahilində


             Baykalın sahilində,
             Mərd insanlar elində,
             Soysuz, köksüz kollar var.
             Əli - ayağı yoxdu,
             Külək hara əsirsə,
             O səmtə yolları var.
             Gələni-gədəni yox,
             Gövdəsi, bədəni yox,
             Başı yox, gödəni yox.
             Nə yeyir, nə yedirdir,
             Nə ölü, nə diridir.
             Top kimi dəp-dəyirmi...
             Baykal boyu küləklər,
             Gah o başa daşıyır,
             Gah bu başa daşıyır.
              Barı özü bilirmi
              Nə missiya daşıyır,
              Nə məqsədlə yaşayır?
             Allah varlıqda heç vaxt,
             Yararsız şey yaratmaz.
             Yaratsa yarıtmazı,
             Belə cənnətə atmaz.

     11.06.1963.— 28.05.2020.                             

 





28.05.2020    çap et  çap et