525.Az

Lüksemburqda Respublika Günü münasibətilə Azərbaycan bayrağı ucaldıldı


 

Lüksemburqda Respublika Günü münasibətilə Azərbaycan bayrağı ucaldıldı<b style="color:red"></b>

Lüksemburqun mərkəzində 28 May-Respublika Günü münasibətilə Azərbaycanın üç rəngli bayrağı ucaldılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə Lüksemburq şəhərinin ən böyük prospekti “Boulevard Royal”da yerləşən 5 ulduz “Hotel Royal”ın qarşısında Respublika Günü münasibətilə üç rəngli bayrağımız ucaldılıb.

Məşhur “Hotel Royal” ilə aparılan danışıqların nəticəsində bu ildən başlayaraq hər il mayın 28-də hotelin qarşısında milli bayramımız münasibətilə Azərbaycan bayrağı dalğalanacaq.

 





28.05.2020    çap et  çap et