525.Az

Braziliya Prezidenti İlham Əliyevi təbrik etdi


 

Braziliya Prezidenti İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaru Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Braziliya Hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayaraq, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm".

 





29.05.2020    çap et  çap et