525.Az

İntensiv yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq


 

İntensiv yağış yağacaq, dolu düşəcək - <b style="color:red"> Xəbərdarlıq</b>

Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

Milli Hidrometeoroloji Xidmətdən APA-ya verilən xəbərə görə, mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.

 





29.05.2020    çap et  çap et