525.Az

"İri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır"


 

"İri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır"<b style="color:red"></b>

“Əksər mağaza və marketlərdə maskadan istifadə tələbinə riayət olunmur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, tələblərə ciddi riayət olunmalıdır: “Əks təqdirdə mağaza və marketlərin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, iri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır: “Maskalar həm burun, həm də ağızı qoruyacaq şəkildə istifadə olunmalıdır”.

 





29.05.2020    çap et  çap et