525.Az

Gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək


 

Gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək<b style="color:red"></b>

İyunun 2-də Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək.

Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.

Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin iyunun 1-i, saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.

 





29.05.2020    çap et  çap et