525.Az

Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb


 

Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb <b style="color:red"></b>

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, saat 16.00-a olan məlumata əsasən, şimal-qərb küləyi Neftçalada 20 m/s, Tər-tərdə 18 m/s, Xaçmazda 16 m/s,   Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 28 m/s,  Qum adasında 26 m/s, Maştağada 25 m/s,  Binədə 23 m/s,  Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,5 metrə çatıb.

 





30.05.2020    çap et  çap et