525.Az

AŞPA qış sessiyasının gündəliyi açıqlanıb


 

AŞPA qış sessiyasının gündəliyi açıqlanıb<b style="color:red"></b>

2014-cü il yanvarın 27-31-də Avropa Şurası Parlament Assambleyasının növbəti qış sessiyası keçiriləcək.

APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, sessiyada AŞPA prezidenti və vitse-prezidentlər seçiləcək, AŞPA prezidenti Jan Klod Minyon tərəfindən qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda hesabat veriləcək, Avropa Parlamentinin prezidenti Martin Şults və Avstriya kansleri Verner Faymanın çıxışları olacaq.
 
Parlamentarlar Avropada irqçilik və qeyri-tolerantlığın qarşısının alınması, yeni informasiya texnologiyalarının demokratiyaya təsiri, suriyalı qaçqınlar problemi, miqrasiya, iqlim dəyişiklikləri və enerji diversifikasiyası məsələləri müzakirə olunacaq.

 





18.12.2013    çap et  çap et