525.Az

Sosial şəbəkələrlə bağlı qanunun hazırlanması təklif olundu


 

Sosial şəbəkələrlə bağlı qanunun hazırlanması təklif olundu<b style="color:red"></b>

“ABŞ kimi dünyada demokratiyanın göstəricisi sayılan ölkədə sosial şəbəkələrlə bağlı qərar qəbul olunub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Cavid Osmanov deyib. O bildirib ki, belə bir qanunun Azərbaycanda da qəbulunun vaxtı yetişib: “Bununla saxta profillər üzərindən ölkəmizə qarşı şər-böhtan atanların qarşısı alınar. Son zamanlar Milli Şura ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. Xahiş edirəm ki, Milli Məclis gələcəkdə belə bir qanun layihəsinin qəbul olunmasına öz töhfəsini versin”.

Millət vəkili Siyavuş Novruzov da bildirib ki, ABŞ indi əvvəlki səhvinin acı nəticəsini yaşayır: “Sosial şəbəkələrdə qanun pozuntularına, separatizmə çağırışlar var. Vaxtilə biz bu məsələləri gündəmə gətirirdik. Necə ki, İspaniyada hadisələr baş verənə qədər heç kim ərazi bütövlüyü məsələsinə yaxın durmurdu. Bu hadisələrdən sonra bu məsələ yadlarına düşdü. Eyni zamanda 3 il əvvəl parlamentdə sosial şəbəkələrdə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə olmasını təklif etmişdim. Mənim anonim internet domenləri ilə qeydiyyatdan keçməyə dair təklifim gözardına vuruldu. Bəs indi “Freedom House” kimi qurumlar niyə Trampa qarşı çıxmır? ABŞ-ın çörəyini yeyən Cəmil Həsənli, Osmanqızı niyə bu məsələdə səsini çıxarmır?”

 





31.05.2020    çap et  çap et