525.Az

Roma Papası Prezident İlham Əliyevi təbrik etdi


 

Roma Papası Prezident İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".

 





31.05.2020    çap et  çap et