525.Az

Uzaqdan gələn adam


 

Uzaqdan gələn adam<b style="color:red"></b>

İnqilabla tanışlığımızın ilk günündə söhbətimizin mövzuları yolların məsafə göstəriciləri kimi tez-tez dəyişirdi: jurnalistika, ədəbiyyat, idman, müəllimlərimiz, şəhər həyatı... Sonra mən "tələbənin şifahi anketinin" ilk sualını xatırlayıb, soruşdum:

- Heç demədin axı, universitetə haradan gəlmisən, hansı rayondan...

Sualı tamamlamağa qoymadı. Gülümsəyib dedi:

- Uzaqdan gəlmişəm - arzularımın göyərib, körpə fidanlartək boy atdığı yerdən. Gələndə onları ürəyimə, gözlərimə yığıb gətirmişəm ki, burada məni tək qoymasınlar, yollarıma işıq tutub, özləri çinar-çinar ucalsınlar...

Onun arzularının göyərib, körpə fidanlartək boy atdığı o "uzaq" yer Bakının az qala "qulağının" dibindəki Ağsu rayonu olsa da, İnqilab həmin gündən yadımda uzaqdan gələn doğma adam kimi qaldı.

lll

İnqilab Babayev Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsinin jurnalistika şöbəsinə 1956- ildə daxil olmuşdu bizdən bir kurs yuxarıda - sonralar Azərbaycan mətbuatında solmaz iz qoymuş, 1991-ci ildə ölkə prezidentinin mətbuat katibi vəzifəsində çalışarkən Dağlıq Qarabağda şəhid olmuş görkəmli publisist Osman Mirzəyevlə, hələ tələbə ikən dissident kimi həqiqət anının axtarışına çıxmış, bu qorxulu işin ağrı-acısını dadmış ötən əsrin altmışıncı illərindən maraqlı hekayələr, roman povestlər müəllifi kimi tanınmış yazıçı Sabir Azəri ilə bir qrupda oxuyurdu. Onlarla birlikdə burada jurnalist peşəsinin sirlərinə adları Azərbaycan teleradiosu mətbuatının veteranları sırasında bu gün hörmətlə çəkilən İsmayıl Əhmədov, Telman Qarayev, Nazim Novruzov, Sabir Yusifov, Arif Teymurov başqaları yiyələnirdilər. Bu qrupda yaxından tanıdığım bir nəfər vardı - Bariz Əsədov. Onun jurnalistlik istedadı çox tez parladı uzun illər keçmiş "Kommunist" qəzetinin, sonralar isə "Xalq qəzeti" "Azərbaycan" qəzetlərinin səhifələrinə gur işıq saçdı...

İndini bilmirəm, amma bizim vaxtımızda ali məktəblərin yuxarı kurslarında oxuyanlar aşağı kursların tələbələrinə yuxarıdan baxmırdılar. Bununla belə, birinci  ikinci kursların tələbələri bir-birlərinə sanki bir köynək yaxın idilər. İkinci kurs tələbələri universitet həyatının ilk ilində topladıqları təcrübəni bizimlə bölüşür, bu zaman öz səhvlərini gizlətmir, məsləhət tövsiyələrini bizdən əsirgəmirdilər. Bu cəhətdən İnqilabın əvəzi yox idi. Onunla söhbətim bir ona görə tuturdu ki, hər ikimiz universitetin idman klubunun ağır atletika bölməsində məşğul olurduq. Bizi ilk dəfə respublikadan kənara çıxarıb, uzaq səfərə aparan da elə idman oldu. Daşkənddə Orta Asiya, Qazaxıstan, Ukrayna  Azərbaycan ali məktəbləri idmançı tələbələrinin yarışında iştirak etdik, Özbəkistan paytaxtının görməli yerlərində, qədim Səmərqənddə olduq, Əmir Teymur məqbərəsini ziyarət etdik Bakıya zəngin təəssüratla qayıtdıq...

On günlük səfərin gedişində mən İnqilabın çölçülüyünü gördüm. Bu, çətinliklərə dözən, gözlənilməz hadisələr içində özünü itirməyən bu zaman başqalarının hayına qalan bir gəncin çölçülüyü idi. Həyatın özü onu belə böyütmüşdü. Böyük qardaşı Saninin "qara kağızı" - ölüm xəbəri 1942-ci ildə Stalinqraddan gəlmişdi. O kağıza inanmadılar, dözüb gözlədilər. Dörd ildən sonra Saninin davadan sağ qayıtması əsl möcüzə oldu. Atası Cəbi kişi, anası Fərrukə xanım, üç bacısı üç qardaşı kimi İnqilab da həmin günün sevincini sonralar dönə-dönə yaşadı. Lakin onun üçün bu, son dözüm dərsi olmadı. Bir tikə əppəyini göyə çəkildiyi müharibə illərinin məhrumiyyətlər "bağından" o,  yüksək mənəvi dəyərlər dərdi, ümidə, inama, haqqa tapındı. Jurnalistikaya da onu elə bu dəyərlər gətirmişdi.

Bir dəfə mübahisəmiz düşdü: üçün Bakıda azərbaycanlıların demək olar ki, ucdantutma hamısı rus dilində sərbəst danışır yazır, ruslar isə Azərbaycan dilini bilmirlər bu dili öyrənməyə heç maraq da göstərmirlər. Hətta səkkiz-doqquz azərbaycanlının arasında bircə rus olanda belə, hamı rus dilində danışır ki, o şəxs inciməsin. Halbuki inciməyə qalsa, gərək hamıdan qabaq biz inciyək...

Mübahisəmiz uzandı. Hərə bir söz dedi. İnqilab öz fikrini hamıya qulaq asandan sonra bildirdi:

- Gözünü dünyaya açandan aramızda yaşayan hər hansı bir xalqın nümayəndəsi dilimizi bilmir onu öyrənmirsə, bunun günahını ilk növbədə özümüzdə görməliyik. Rus məktəblərində Azərbaycan dilinin necə tədris edilməsindən xəbəriniz varmı? Bildiyimə görə, müəllimlər həmin məktəblərdə dilimizi sevə-sevə deyil, formal şəkildə - həvəssiz, könülsüz tədris edir, ona maraq oyatmırlar. İşə yaradıcı münasibət bəsləməyəndə axırı belə qurtarır ki, rus məktəblərini bitirən qeyri-azərbaycanlılar bizim dildə heç beş-altı kəlmə bilmirlər. Bax buna görə rus məktəblərində, ali orta ixtisas təhsili müəssisələrinin rus şöbələrində Azərbaycan dilinin tədrisini kökündən dəyişmək, bu işə dilimizi qəlbən sevən istedadlı müəllimləri cəlb etmək lazımdır.

Çox sonralar mən İnqilabın pedaqoji fəaliyyətlə məşğul olmağa, Azərbaycan Neft Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası), bu ali təhsil ocağının hazırlıq şöbəsində dilimizi tədris etməyə başladığını özündən eşidəndə, onun neçə il qabaq aramızdakı diskussiyanın gedişində dediklərini yenidən xatırladım düşündüm ki, həqiqətən "niyyətin hara, mənzilin ora!"

Amma jurnalistika şöbəsinin digər məzunları kimi, o da universitet auditoriyasından həyata sevdiyi peşənin "əlindən" tutub gəlmişdi. Əmək fəaliyyətinə keçmiş tədris-pedaqoji nəşriyyatında lap aşağıdan - "oxucu"luqdan başlasa da, burada çox qalmadı, üç aydan sonra Neft Kimya İnstitutunda işə dəvət olundu, institutun hazırlıq şöbəsinin böyük laborantı təyin edildi. Bu ali təhsil ocağının əməkdaşı kimi onun gözləri önündə böyük pedaqoji karyera yolu açılırdı. İnqilabın biliyi, dünyagörüşü, işgüzarlığı analitik bacarığı bu yolda onun uğurla irəliləyəcəyini vəd edirdi. Bir müddətdən sonra o, Azərbaycan rus dilləri kafedrasının müəllimi təyin olundu həyatında maraqlı günlər başlandı. Mühazirələr oxumaqla yanaşı o, həmin vaxtadək Neft Kimya İnstitutunda Azərbaycan dilinin tədrisi təcrübəsini öyrənib ümumiləşdirir, tədrisin təkmilləşdirilməsi məqsədilə təkliflər, ideyalar verirdi. Burada onu düşündürən əsas məsələlərdən biri Azərbaycan dilinin humanitar texniki ali təhsil ocaqlarında tədrisi arasındakı fərq bunun üsulları idi. Bu sahədə İ.Babayevin fikirləri sonralar Azərbaycan dili ədəbiyyatının tədrisi metodikasına, hazırlıq şöbələrinin dinləyiciləri ilə işin təşkilinə həsr olunmuş elmi məqalələrində öz əksini tapdı.

Lakin jurnalistikanın sehrindən qurtulmaq mümkün deyildi. 1966- ildə Neft Kimya İnstitutunda Azərbaycan rus dillərində çıxan çoxtirajlı "Neft kadrları uğrunda" qəzetinin redaktoru təyin olunmasını o, tale yazısı kimi qəbul etdi. İndi ona jurnalistika ilə ara-sıra deyil, müntəzəm məşğul olmaq imkanı verilmişdi.

İnqilab Babayev "Neft kadrları uğrunda" qəzetinin redaksiyasına altı il rəhbərlik etdi, bu qəzeti respublikanın çoxtirajlı sahə nəşrləri arasında qabaqcıl mövqelərə çıxardı, onu institutun təlim-tərbiyə işinin, elmi ictimai həyatının əsl aynasına çevirdi. 

Praktiki jurnalistikanın cazibədarlığı qəzet redaktorunun elmi araşdırmalara da marağını artırırdı. 1969-cu ildə o, "Nəriman Nərimanovun publisistikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Amma onu bundan da çox Bakıda N.Nərimanovun möhtəşəm abidəsinin ucaldılması sevindirirdi.

Gənc alim indi yerini dəyişib, bir vaxtlar təhsil aldığı universitetdə gələcək jurnalistlərin hazırlanması prosesinə qoşula bilərdi. Lakin Neft Kimya İnstitutunun rəhbərliyi başqa fikirdə idi: "Neft kadrları uğrunda"  artıq çoxtirajlı qəzetlər arasında layiqli yerini tutub, buna görə redaktordan onun əvvəlki yerində istifadə olunmalıdır.

İnqilab Babayev Azərbaycan rus dilləri kafedrasının baş müəllimi təyin edildi. Sonra həmin kafedranın müdiri, dosent, yenidən baş müəllim... 1980-ci il noyabrın 19-da M.Y.Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin partiya-sovet mətbuatının tarixi kafedrasının iclasında filologiya elmləri namizədi, dosent İnqilab Babayevin "Azərbaycan publisistikası: novatorluq ənənələr" mövzusunda doktorluq dissertasiyasının planı müzakirə olunub, təsdiq edildi.

İnqilab dissertasiya üzərində işə böyük həvəslə girişdi. ADU-nun "Elmi əsərləri"ndə, "Kommunist Azerbaydjana", "Müxbir" jurnallarında digər nəşrlərdə bir-birinin ardınca Nəriman Nərimanovun, 1882-1907-ci illərdə yaşamış Seyid Musəvinin publisistikasına dair yazıları, "Bədii publisistikanın nəzəri problemləri", "Publisistikamızda fəhlə həyatı obrazı", "Publisistika ilə siyasətin qarşılıqlı əlaqəsi", "Publisistik sözün qüdrəti" kimi elmi məqalələri işıq üzü gördü.

Təəssüf ki, tədqiqatçı jurnalistin doktorluq dissertasiyası müxtəlif səbəblər üzündən tamamlanmamış qaldı. Lakin onun həm Azərbaycan dilinin tədrisi təbliği, həm Azərbaycan publisistikası xüsusiyyətlərinin araşdırılması sahəsindəki xidmətləri o dissertasiyasız da tutumlu əhəmiyyətlidir.

İnqilab Babayev ona üz tutanları, ondan kömək umanları qabaqlayan adam idi. Köməyini insanlara özü təklif edirdi. Gücü heç nəyə çatmayanda isə ümidi sözə qalırdı - Jurnalist Müəllim sözünə. Allah ona indi gündüzlər çıraqla axtarılan bir istedad da - başqalarını dinləmək ovundurmaq, dostların səmimiliyindən zövq almaq istedadı da vermişdi. İnqilabı həmkarlarının dostlarının qəlbində yaşadan da bu istedadla bağlı xatirələrdir.

Son görüşlərimizin birində tələbəlik illərimizi xatırladı.

- İsmayılgildə (İnqilabın qrup yoldaşı - Ə.A.) qaldığımız günlər yadındadırmı? Bariz, sən, mən...

Cavab verdim ki, "O günləri heç unutmaq olar?! İsmayılın anası Fatma xala, atası Həmid əmi onunla bizim aramızda fərq qoymurdular".

Üzünə işıq yayıldı İnqilabın. Dedi:

- Yadımdadır ki, Cümhuriyyət ordusunun əsgəri sovet dövrünün Lenin ordenli sabiq parovoz maşinisti Həmid əmi hərdən həyətdə qəddini düzəldib, sanki rəsmi - keçiddəki kimi addımlayır, hərbi mahnılar oxuyurdu. Sonra da deyirdi: "Cümhuriyyət əsgəri olmağımla həmişə fəxr etmişəm". Bu sözləri eşidəndə mənim ürəyimdən keçirdi ki, kaş, biz müstəqillik sevincini duyaq. Müstəqil respublikamıza qələmimizlə xidmət edək. gözəl ki, bu, bizə qismət oldu...

lll

Bir vaxtlar arzularını ürəyinə, gözlərinə yığıb, "uzaqdan" gələn təmkinli dözümlü oğlan illəri yola sala-sala özünün jurnalist alim ömrünü ləyaqətlə yaşadı.

Arzularını yarpaq-yarpaq, budaq-budaq göyərtdi, övladlarının, nəvələrinin qələm dostlarının qəlbində ilıq kövrək xatirələrə döndü...

 Ələkbər ABBASOV ŞƏHRİLİ,

Əməkdar jurnalist

 





18.12.2013    çap et  çap et