525.Az

Bu gün daha 4384 nəfər koronavirus testindən keçdi


 

Bu gün daha 4384 nəfər koronavirus testindən keçdi<b style="color:red"></b>

Bu gün Azərbaycanda 4384 koronavirus testi keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Əraziləri Bölmalərini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 298 648 test keçirilib.

Reanimasiyada olan xəstə sayı 85, süni tənəffüs cihazında olan xəstə sayı 16-dır.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 5494, virusdan ölənlər 63, sağalan xəstə sayı 3428, aktiv xəstələrin sayı isə 2003 nəfərdir.

 





31.05.2020    çap et  çap et