525.Az

Bank sektorunun xalis mənfəəti iki dəfədən çox azalıb


 

Bank sektorunun xalis mənfəəti iki dəfədən çox azalıb<b style="color:red"></b>

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel ayları ərzində 156,1 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azalıb.

Banklar bu müddətdə 653,9 mln. manat həcmində faiz gəlirləri (520,1 mln. manat kreditlər üzrə faizlər), 222 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.

Bu müddətdə bankların faiz xərcləri 170,2 mln. manat (111,4 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 400,3 mln. manat təşkil edib.

 





31.05.2020    çap et  çap et