525.Az

“Dialoq mədəniyyəti və müasirlik” kitabı çap olundu


 

“Dialoq mədəniyyəti və müasirlik” kitabı çap olundu <b style="color:red"></b>

AMEA-nın Fəlsəfə İnstitutu aparıcı elmi işçisi Şölət Zeynalovun “Dialoq mədəniyyəti və müasirlik” kitabı çap olunub.


Kitabın el­mi re­dak­to­ru professor İlham Məmmədzadə, rəy­çi­ləri professor Əlikram Tağıyev və professor Sa­kit Hü­sey­novdur.

“Avropa” Nəşriyyatında işıq üzü görən yeni nəşr dia­loq və dia­loq mə­də­niy­yə­ti prob­le­mi­nə həsr olunub. Mə­də­niy­yət, si­vi­li­za­si­ya, kom­mu­ni­ka­si­ya, din­lə­rin qarşılıqlı müna­si­bət­lə­ri, elm və bi­lik,  in­sanın etik, ek­zis­ten­si­al və s. prob­lem­lə­ri  mo­noq­ra­fi­yanın əsas xət­ti­ni təş­kil edir.  

Di­­­a­­loq fəl­sə­fə­si və dia­loq  mə­də­niy­yə­ti təd­qi­qat­da xalq­­lar, mil­­lət­­lər, si­­vi­­li­­za­­si­­ya­­lar və in­san­la­ra­rası  mü­na­­­si­­­bət­­lə­­rin   ye­ni mər­hə­lə­yə yüksəl­dil­mə­si, sülh və har­mo­ni­ya­ya yönəl­dil­mə­si  işin­də ka­tar­sis ki­mi təq­dim edi­lir.   

Ki­tab­da “Azər­bay­can mo­de­li”, “Bakı pro­se­si” pa­ra­diq­masının ide­ya əsas­ları­na, Dağlıq Qa­ra­bağ prob­le­mi­nin mən­bə­lə­ri və ni­zam­lan­ma pers­pek­ti­vi­nə dia­loq kon­teks­tin­də re­al fəl­sə­fi-si­ya­si baxış əks olun­ub. Mo­­noq­­­ra­­fi­­ya dia­loq, dia­loq mə­də­niy­yə­ti, kom­mu­ni­ka­si­ya, sülh və təhlü­kə­siz­lik və s. hu­ma­ni­tar prob­lem­lə məş­­ğul olan, alim­, təd­qi­qatçı, dis­ser­tant, tə­lə­bə­ və ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­­tul­­ub.

 





01.06.2020    çap et  çap et