525.Az

Məhərrəm ayı avqustun 21-də başlayacaq


 

Məhərrəm ayı avqustun 21-də başlayacaq<b style="color:red"></b>

Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözünə görə, Aşura günü isə avqustun 30-na təsadüf edəcək.

F.Nurullayev eyni zamanda qeyd edib ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

 





01.06.2020    çap et  çap et