525.Az

Elman Rüstəmov: "Bağlanan banklarda qorunan əmanətlər 680 milyon manatdır"


 

Elman Rüstəmov: "Bağlanan banklarda qorunan əmanətlər 680 milyon manatdır"<b style="color:red"></b>

Bağlanan 4 bankda - “Ata Bank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank” qorunan əmanətlər 680 milyon manatdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, 683 milyon manatlıq əmanətin 680 milyonu qorunan əmanətlərdir:

"Bu məbləğin 200 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri hesabına, 480 milyon manatı isə Mərkəzi Bankdan dövlət zəmanəti ilə kredit şəklində veriləcək. Bununla bağlı Maliyyə Nazirliyinə müraciət edilib və qısa müddətdə məsələ həllini tapacaq"

 





01.06.2020    çap et  çap et