525.Az

Aktauda Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib- Fotolar


 

Aktauda Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib- <b style="color:red">Fotolar</b>


Dekabrın 17-də Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun və Aktau şəhər akimliyinin (meriya) təşkilati dəstəyi ilə, Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Milli Mədənu Mərkəzi və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib.

Baş konsuluğunun mətbuat katibliyindən 525.az-a daxil olan məlumata görə, Aktua şəhərinin ən böyük mədəniyyət mərkəzi olan “Abay” Mədəniyyət Evinin 680 nəfərlik salonunda şəhər içtimaiyyətinin, o cümlədən, dövlət qurumları, ziyalılar, diplomatik korpus nümayəndələri və diasporamızın iştirakı ilə keçirilən tədbirdə Baş konsul R.Məmmədov çıxış edərək, dahi şairimiz Nizami Gəncəvi haqqında ümumi məlumat verib. O, tədbirin təşkilində göstərdiyi dəstəyə görə Aktau şəhər akimliyinə (meriya) təşəkkürünü bildirib.

Aktau ş. akimi (meri) E.Janbırşin çıxış edərək, Qazaxıstan dövləti tərəfindən ölkədə yaşan xalqlarla bağlı aparılan siyasət, xalqların milli-mədəni tarixi, ədbiyyatın təbliği barədə danışdı və bununla əlaqədar çoxmillətli ölkə olan Qazaxıstanda həyata keçirilən dövlət proqramları haqqında məlumat verib.

  Sonra Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzinin rəhbəri Yusif Quliyev dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

Dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbirdə iştirak etmək üçün Aktau şəhərinə ezam olunmuş Azərbaycan Respublikası Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Vəfa Hacıyeva böyük sənətkarın həyatı,  zəngin ədəbi fəaliyyəti və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat vermişdir.

Tədbirdə Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri tərəfindən dahi şairimizin şeirləri oxunmuş, 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi “Nizami” filmi nümayiş etdirilib.






 





18.12.2013    çap et  çap et