525.Az

Anar Mirzəzadə: "Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə..."


 

Anar Mirzəzadə: "Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə..."<b style="color:red"></b>

Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə, amma illik qiymətləndirmədən narazıdırsa, bu zaman xüsusi qaydaya əməl edilməlidir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, illik qiymətləri ilə razılaşmayan 5-8 və 10-cu sinif şagirdləri oxuduqları məktəbə yenidən qiymətləndirmənin aparılması üçün müraciət etməlidir:

“Onlar avqustun 20-29-da keçirilən yenidən qiymətləndirmə prosesində iştirak etməlidirlər. Onun əsasında şagirdlərin qiymətləndirilməsi aparılacaq”.

A.Mirzəzadə bildirib ki, 9 və 11-ci sinif şagirdləri isə bu təkrar qiymətləndirmədə iştirak edə bilməyəcəklər:
“9 və 11-ci sinif şagirdləri buraxılış sinif şagirdləri olduğu üçün onlara təkrar qiymətləndirmədə iştirak etmək imkanı verilmir. Çünki buraxılış siniflərində şagird 2 qiymət aldıqda belə, ona attestat verilir. Digər sinif şagirdləri təkrar qiymətləndirmədə iştirak etdikdə onun təkrar imtahanda aldığı qiymət illik qiymət kimi yazılmayacaq. İllik qiymətin yazılması üçün birinci yarımillik və imtahan qiyməti nəzərə alınacaq”.

 





02.06.2020    çap et  çap et